"Əliyev müharibə etməsəydi, danışıqlar hələ 30 il davam edəcəkdi" - "Ermənistanın səsi"
Ermənistan Qarabağın müstəqil respublika kimi tanınmasından tam imtina etdi. Doğrudur, Paşinyan hökuməti ikinci Qarabağ müharibəsindən sonra əmin etmişdi ki, "DQR"-in tanınması məsələsi hökumətin gündəmində olub və var. Amma o, daha sonralar parlamentdə Azərbaycanın Ermənistandan Dağlıq Qarabağın onun ərazisi olması və bundan sonra heç bir muxtariyyət statusunun verilməyəcəyi ilə razılaşmasını tələb etməsi barədə danışaraq məsələyə son qoydu.
KONKRET.azxəbər verir ki, "Ermənistanın səsi"ndə gedən analitik yazıda müəllif Qriqori Sayan vurğulayıb ki, Azərbaycan Qarabağ münaqişəsinin tam həlli istiqamətində çox sərt və qətiyyətli hərəkət edir ki, bu da danışıqlar meydanında manevr etmək imkanlarını xeyli azaldıb.
Müəllif Robert Köçəryanın "Biz vaxtında "DQR"-in müstəqilliyini ona görə tanımadıq ki, danışıqlardan tam imtina edilməsin. Əgər Nikol Paşinyan hakimiyyətə gəlməsəydi, Qarabağ münaqişəsi ilə bağlı danışıqlar daha 30 il uzanacaqdı" açıqlamalarına fokuslanıb. Gördüyünüz kimi, İlham Əliyev Ermənistanı müharibə meydanında darmadağın etməklə, bu təhlükəli məsələni altını üstünə çevirməyi bacardı.
Elə müəllif də bunu vurğulayıb: "Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini hərbi güc yolu ilə həll etməyə hazırlaşdığı faktı 2016-cı ilin aprel müharibəsindən sonra artıq bəlli idi. Lakin Paşinyanın biabırçı siyasəti bu faciəli məqamın başlanmasını sürətləndirdi.
İndi belə bir ştrix yaranıb: "Artsax"ın müstəqilliyinin tanınmamasının səbəbi müharibədən qaçmaq cəhdi olsa da, faktiki müharibədən sonra bu arqumentin özü artıq qüvvəsini itirib".
Məqalədə deyilir ki, Paşinyan ciddi cəhdlə Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququna böyük zərbə vurub. "Ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında müqavilənin imzalanması yalnız bu xəyanət faktını təsdiq edir", – deyə yazıda bildirilir.
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü