Əliyev-Putin görüşündə VACİB MESAJ: Azərbaycan bütün dünyaya göstərdi ki
"Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə baş tutan görüşü ikitərəfli münasibətlərin normallaşması istiqamətində mühüm və müsbət addım kimi qiymətləndirilə bilər".
Bu fikirləri politoloq Polad Mehdiyev KONKRET.az-a açıqlamasında səsləndirib:
O bildirib ki, bu görüş tərəflərin yaranmış fikir ayrılıqlarına baxmayaraq dialoqu davam etdirmək və əməkdaşlığı bərpa etmək istəyində olduqlarını göstərdi:
"Son aylar bəzi gərginliklərə səbəb olan hadisələr, xüsusilə də AZAL təyyarəsi ilə bağlı insident fonunda bu görüş ilk yüksək səviyyəli təmas kimi diqqət çəkdi. Görüşün səmimi, açıq və qarşılıqlı hörmət şəraitində keçməsi münasibətlərin sabitləşməsinə real zəmin yaradır".
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin görüşdə sərgilədiyi praqmatik və təmkinli mövqe Azərbaycanın milli maraqlarına sadiqliyini, eyni zamanda regional əməkdaşlığa açıq olduğunu göstərib:
"Bu görüş bir daha təsdiqlədi ki, Azərbaycan–Rusiya münasibətləri strateji baxımdan əhəmiyyətini qoruyur və əlaqələrin davam etdirilməsi hər iki ölkənin maraqlarına uyğundur".
Polad Mehdiyev əlavə edib ki, görüşdən çıxan əsas mesajlardan biri Azərbaycanın suveren mövqeyini qorumaqla yanaşı, qarşılıqlı faydalı əməkdaşlıqdan yayınmamasıdır:
"Bu, Prezident İlham Əliyevin balanslı və düşünülmüş xarici siyasət kursunun növbəti təzahürüdür. Görüş həm tərəflər arasında etimadın bərpasına, həm də regionda sabitliyin qorunmasına töhfə verə bilər".
Aynurə İsmayıl
KONKRET. az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb
İnvestisiya üçün obyekt axtaranlara: Bakının bu ərazilərində yeni seçimlər var