"Əliyev təklif səsləndirməyib, reallığı bəyan edib" - Matevosyan
"Minsk qrupunu bağlayanlar Mirzoyan və Paşinyan olacaq".
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Benyamin Matevosyan öz Telegram kanalında yazıb.
O qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyi Əliyevin Minsk qrupunun ləğvi üçün ATƏT-ə birgə müraciət etmək təklifi ilə bağlı sözlərinə cavab verməyib:
"Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, guya İlham Əliyevin dünənki açıqlamalarına cavab verib. Xüsusilə, Ararat Mirzoyanın ofisi bəyan edib ki, Ermənistan Konstitusiyası və ona düzəlişlər ölkənin daxili işidir. Əvvəla, Xarici İşlər Nazirliyi çox gözəl bilir ki, nə müqavilənin imzalanma müddəti, nə də imzalanma yeri Paşinyandan asılı deyil. Tavuşda ərazilərin təhvil verilməsi məsələsində olduğu kimi, Paşinyana sadəcə olaraq nə və nə vaxt edəcəyi barədə məlumat veriləcək", – deyə Matevosyan qeyd edib.
O yazıb ki, Ermənistan XİN Əliyevin Qarabağ münaqişəsi ilə məşğul olan Minsk Qrupunun ləğvi üçün ATƏT-ə birgə müraciət etmək təklifi ilə bağlı sözlərinə heç bir reaksiya verməyib.
"Mirzoyanın ofisi bu fikirlərə reaksiya vermədi, çünki o bilir ki, Əliyev təklif səsləndirməyib, reallığı bəyan edib", – deyə Benyamin Matevosyan qeyd edib.
Günel Mikayılova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da