Əliyevin 11 il əvvəl Sərkisyana dediyi möhtəşəm cümlə – Təkrarlana bilər…
Türkiyənin xarici işlər naziri Hakan Fidanın müavini Ayşe Berris Ekincini Bakıya göndərməsi səbəbsiz deyil.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Şuşa Bəyannaməsindən irəli gələrək iki dövlət arasında məsləhətləşmələrə ehtiyac var:
"Birincisi, Azərbaycanla Ermənistan arasında dialoq getdikcə genişlənib, tranzit yüklər Azərbaycandan keçməklə Ermənistana çatdırılacaq. Baş nazir Nikol Paşinyan da öz növbəsində Azərbaycan və Türkiyəyə Ermənistan ərazisindən yükləri daşımağı təklif edib. Deməli, bu mövzu Bakı ilə Ankara arasında müzakirə olunmalı, birgə addımlar atılmalıdır.
İkincisi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanı gələn ilin yazında İrəvanda keçiriləcək "Avropa Siyasi Birliyi"nin sammitinə dəvət etdiklərini bildirib. Bu dəvətə necə cavab veriləcəyinə də Bakı və Ankara birgə qərar verməlidirlər. Bunların fonunda Türkiyə Ermənistanla sərhədi açacaqmı və bu ölkə ilə diplomatik münasibətləri bərpa edəcəkmi, yoxsa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözləyəcək? Bakı bu sualın cavabını Ankaradan eşitmək istəyər".
Politoloq qeyd edib ki, Türkiyə xarici işlər nazirinin müavininin Bakıda müzakirə edəcəyi digər mövzu Qəzza ilə əlaqəli ola bilər:
"İsrail hökuməti Türkiyə hərbçilərinin Qəzzada beynəlxalq qüvvələrin tərkibində olmasının əleyhinədir, Azərbaycan hərbçilərinə isə yaşıl işıq yandırmağa hazırdır. Bu Türkiyə üçün məqbuldurmu? Bu sual ətrafında da Ankara ilə Bakı arasında müzakirələr aparıla bilər.
Prezident İlham Əliyev beynəlxalq konfransların birində (2014) üzünü Ermənistanın keçmiş prezidenti Serj Sərkisyana tutaraq "Türkiyə burada yoxdur, ona görə belə danışırsız, amma mən burdayam və Sizin cavabınızı verəcəm" şəklində açıqlama vermişdi. İndi Qəzzada Türkiyə hərbçilərinin iştirakı mümkün olmasa, Azərbaycan hərbçiləri sülhün qorunması və sabitlik üçün əllərindən gələnə edəcəklər.
Ankara Bakı ilə Moskva arasında normallaşmanın nə yerdə olmasıyla da maraqlana bilər. Bir sözlə Türkiyə xarici işlər nazirinin müavininin Bakıya səfərində müzakirə ediləcək kifayət qədər mövzu var".

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib