"Əliyevlə otur və qərar ver, yoxsa daha pis olacaq" - Lukaşenko Paşinyana SƏSLƏNDİ
"Qarşımıza iki sual qoyursan. Əvvəlcə oxudum: "Hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi". Siz tələb etdiniz ki, biz öz mövqeyimizi qərarlaşdıraq. Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik".
KONKRET.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədi ilə bağlı qaldırdığı suallara münasibət bildirərkən deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan həmkarlarına bir neçə sual verib: hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi, həmçinin KTMT-nin "Ermənistanın ərazi bütövlüyünün bərpası" yol xəritəsi ilə bağlı.
"İkinci sual: "Mənə Ermənistanın ərazi bütövlüyünün bərpası üçün yol xəritəsi verin". Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gələrsə, Rusiya prezidentindən soruşun, qərar verin. Bu gün qəbul etməsən, daha pis olacaq, bunu özün başa düşürsən. Bu münaqişə bizə lazım deyil", – Aleksandr Lukaşenko bildirib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü