Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır

Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazırBarmağımızın biri zədələnəndə onu kəsib atırıq, yoxsa müalicə edib sağaltmağa çalışırıq? Övladımız səhv bir hərəkət edəndə onu övladlıqdan silirik, yoxsa səhvini başa salıb düzgün yola gətirməyə çalışırıq?
Əslində, həyatın ən sadə məntiqi bizə bunu öyrədir: qarşımıza problem çıxanda ilk düşündüyümüz onu aradan qaldırmaq, düzəltmək və mümkün olduğu halda ikinci bir şans verməkdir. Xüsusilə söhbət gəncdən, tələbədən və onun gələcəyindən gedirsə, bu yanaşmanın əhəmiyyəti daha da artır.
AZMİU-da Kənan Zindadil ilə bağlı baş verən hadisə də məhz bu baxımdan ciddi suallar doğurur. Təbii ki, kiminsə digər şəxsi təhdid etməsi, hədələməsi, qorxu yaratması və bu cür davranış sərgiləməsi qəbuledilməzdir. Heç bir tələbənin, müəllimin və ya başqa bir şəxsin belə davranışa haqqı yoxdur. Başqasının təhlükəsizliyinə və şəxsi sərhədlərinə hörmət etmək hər kəsin məsuliyyətidir.
Amma burada başqa bir sual ortaya çıxır: belə bir hadisə baş verdikdə tələbəni universitetdən uzaqlaşdırmaq həqiqətən ilk və ən zəruri addım idi? 
Universitet yalnız bilik verilən, imtahan keçirilən və diplom əldə olunan bir məkan deyil. Universitet həm də gəncin şəxsiyyət kimi formalaşdığı, davranışlarının nəticələrini dərk etdiyi, səhvlərindən nəticə çıxardığı bir mühitdir. Tələbənin etdiyi səhv, əlbəttə, cavabsız qalmamalıdır. Amma verilən cəzanın məqsədi yalnız onu sistemdən kənarlaşdırmaq yox, eyni zamanda səhvini başa düşməsinə və düzəltməsinə imkan yaratmaq olmalıdır.
Axı bir tələbəni universitetdən uzaqlaşdırmaq onun yalnız bu gününə deyil, gələcək həyatına da təsir edə biləcək ciddi qərardır. Bəs bu qərardan əvvəl hansı addımlar atılıb? Tələbə ilə danışılıbmı? Ona davranışının nəticələri izah edilibmi? Xəbərdarlıq edilibmi? Səhvini düzəltməsi üçün imkan yaradılıbmı? Daha yüngül intizam tədbirlərinin tətbiqi mümkün idimi?
Əgər bütün bu yollar mövcud olduğu halda ən ağır tədbir ilk olaraq seçilirsə, istər-istəməz sual yaranır: ən sonuncu atılmalı addım niyə ilk addıma çevrilir?
Təhsil müəssisəsinin əsas məqsədlərindən biri də gənci cəmiyyətə hazırlamaqdır. Gənc insanın səhv etməsi isə həyatın bir hissəsidir. Əsas məsələ onun səhvdən sonra nə öyrəndiyi, davranışını dəyişib-dəyişmədiyi və ona dəyişmək üçün imkan verilib-verilməməsidir.
Biz övladımız bir dəfə səhv edəndə onun qarşısında bütün qapıları bağlamırıq. Onunla danışırıq, səhvini göstəririk, nəticəsini izah edirik və düzəlməsi üçün yol axtarırıq. Çünki bilirik ki, insanı yalnız bir səhvi ilə qiymətləndirmək doğru deyil.
Axı bizə hər zaman təhsil aldığımız ocaq ikinci evimiz kimi təqdim olunub. İkinci ev dediyimiz yer isə insanın ilk səhvində qapısını üzünə bağlayan deyil, büdrəyəndə əlindən tutan, yanıldığında yol göstərən, səhvindən nəticə çıxarması üçün ona bir şans da verən məkan olmalıdır.
Elə isə universitet mühiti də yalnız cəzalandıran deyil, həm də düzəltməyə çalışan bir mühit olmalıdır. Səhvə göz yummaqla səhv edən insana ikinci şans vermək eyni şey deyil. Birincisi məsuliyyətsizlikdir, ikincisi isə tərbiyə və düzəliş üçün imkan yaratmaqdır.
Burada söhbət təhdidi, hədəni və ya yanlış davranışı müdafiə etməkdən getmir. Söhbət cəzanın ölçüsündən və tətbiq olunan yanaşmadan gedir. Əgər məqsəd gənci səhvindən uzaqlaşdırmaqdırsa, bunun üçün ən ağır cəzanın dərhal tətbiq edilməsi həmişə yeganə yol olmamalıdır.
Təhsilin məqsədi sadəcə yaxşı tələbə yetişdirmək deyil. Əsas məqsəd səhv etdikdə məsuliyyət daşımağı, nəticə çıxarmağı və dəyişməyi bacaran insan yetişdirməkdir.
Şahanə Ziyad / azxeber.com

Sosial       Tarix: 18 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Kartdan-karta ödənişlərə qarşı təklif - "Bütün mağazalarda kamera olmalıdır

Kartla ödənişlərə tətbiq olunan yeni limitlərə baxmayaraq, bəzi obyektlərdə kartdan-karta ödəniş üsulundan istifadə hələ də davam edir. Belə hallarda bəzi şəxslər bir neçə bank kartından yararlanır, digərləri isə ödənişlər

Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi

Rusiya, Qazaxıstan, Azərbaycan, İran və Türkmənistandan ibarət Xəzəryanı dövlətlər Xəzər dənizinin su bioresurslarına dair ortaq məlumat bazası yarada bilərlər. Bu barədə Rusiya Balıqçılıq Agentliyi (Rosrıbolovstvo) məluma

Xalq artisti Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət aldı: 'Necə oldu, özüm də bilmədim

Xalq artisti, tanınmış diktor Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb.  xəbər verir ki, bu barədə diktor -a açıqlamasında bildirib. O qeyd edib ki, bir neçə gün əvvəl evinin balkonunda olarkən təzyiqi yüksəli

2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri

2027-ci ildən kənd təsərrüfatı üzrə subsidiya siyasətində yeni mərhələ başlayır. Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni mexanizmlə dövlət dəstəyinin həm istiqamətləri, həm də əhatə dairəsi genişləndirilir. Daha məhsulda

Azərbaycanın nefti 127 dollara yüksəldi

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 7,27 ABŞ dolları və ya 6,06 faiz artaraq 127,29 dollar/barelə yüksəlib. KONKRET.azxəbə

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ

Bakıda kirayə mənzil tutmaq ailə büdcəsinin ən böyük xərclərindən birinə çevrilib. Xüsusilə 4 nəfərlik ailələr üçün kirayə haqqına ərzaq, kommunal ödənişlər, nəqliyyat və digər gündəlik xərclər də əlavə olunur. Bəs bir ailəni

Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO

Tanınmış iş adamı, "Naftalan" Sanatoriya-Kurort Birliyinin direktoru Hatəm Qocayev vəfat edib. xəbər verir ki, bu barədə iş adamının üzv olduğu Yeni Azərbaycan Partiyasının (YAP) Naftalan Şəhər Təşkilatı məluma

DTX-nin saxladığı 'Çevik' ləqəbli tiktoker həbs edildi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. xəbər verir ki, onlara Azərbaycan Respublikası Cinayə

Gəncədə iki nəfər bıçaqlandı

Gəncədə iki kişi bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, iki nəfər orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib,vəziyyətlərini


son xeberler azerbaycan xeberleri yeni xeberler dunyada son xeberler xeberler bu qun azerbaycanda son xeberler futbol xeberleri