Elnur Allahverdiyev: "Gəlin, bu işi biz üzərimizə götürək" - FOTO
Elnur Allahverdiyev: "Gəlin, bu işi biz üzərimizə götürək" - FOTO
"Dostlar! Tək bizim deyil, bütün dünyanın sınaq qarşısında olduğu günlərdə ilk işimiz ehtiyacı olanlara imkan çərçivəsində kömək etmək olmalıdır. İçimizdə yaşlılarımız, fiziki imkanları məhdud olanlarımız, xəstələrimiz varsa, çalışaq onlara əl tutaq".
Oxu.Az xəbər verir ki, bu sözləri millət vəkili Elnur Allahverdiyev "Facebook" hesabında yazıb.
"Qarşıdan Novruz bayramı gəlir. Onlardan bəziləri bayram bazarlığı üçün dükana-bazara çıxmaqdan ehtiyat edə bilərlər. Gəlin, bu işi biz üzərimizə götürək. Qonşularımıza, küçə və məhəlləmizə nəzər yetirək. Ölkəmizin COVİD-19 virusuna qarşı səfərbər olduğu vaxtda, bizim də bu mübarizəyə öz vətəndaşlıq borcumuzu yerinə yetirməklə qatqımız olsun", - deyə deputat əlavə edib.










Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var