Elnur Kərimovu sancan ilan ölüb? - AÇIQLAMA
Əməkdar artist Elnur Kərimov onu sancan ilanın ölməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb.
"Üç günə yaxındır ki, bu barədə heç kimə açıqlama verməmişəm. Məni ilan sancdığını əvvəlcə təcili tibbi yardım əməkdaşları, daha sonra isə Mərkəzi Klinik Xəstəxanada təsdiqlədilər. Orada mənə ilan zəhərinə qarşı zərdab vuruldu.
Daha sonra klinikadan bildirdilər ki, həyatıma təhlükə yoxdur və məni evə buraxmaq istəyirlər. Teatrımızın Həmkarlar İttifaqı Komitəsinin sədri də zarafatla dedi ki, həyati təhlükəsi yoxdursa, deməli, ilandan narahat olmalıyıq. Bundan sonra saytlarda ilanın öldüyü ilə bağlı xəbərlər yayıldı. Bu isə mənə xoş olmadı.
Biz heyvanları yemləmək üçün tez-tez müxtəlif ərazilərə gedirik. Hadisə də Maştağada boşluq olan ərazidə baş verib. İlan məni sancanda heç özümün də bundan xəbəri olmayıb. İlan ölməyib, onu heç kim öldürməyib.
Hazırda hər şey qaydasındadır. Sadəcə, qanımda bir qədər laxtalanma müşahidə olunur. Buna görə də mənə müvafiq dərmanlar yazıblar" - deyə, aktyor bildirib.
/axşam.az / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır
Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi
140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə Bakıda bir araya gəldi - Bu məsələlər müzakirə edildi
Diplomatlar Xudavəng monastır kompleksində - Fotolar
"Unibank"ın İdarə Heyətində dəyişiklik
PISA-da oxu nəticəmizi necə yüksəldək?
Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO
Çempionlar Liqası tarixində ən yaşlı alman futbolçu oldu
AccessBank tender elan etdi
Torpağı alıb ev tikdi, 10 il sonra məhkəməlik oldu
Bakıda ağır qəza: Qadını vurdu, sonra "Prius"a çırpıldı
"Prezident sağlamdır və mütləq bəzi insanların siyasi ölümünü görəcək" - Baqratyan
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - Fotolar
Xalq artisti Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət aldı: 'Necə oldu, özüm də bilmədim