Elnur Məmmədov süni intellektlə 70 yaşında: 'Bu bir aşksa' təqdim edildi
Sevilən müğənni Elnur Məmmədov dinləyicilərinə yeni layihəsini təqdim edib.
azxeber.com xəbər verir ki, ifaçı "Bu bir aşksa" adlı növbəti mahnısını və ona çəkilən maraqlı klipini sevənlərinin ixtiyarına verib.
Musiqisi və sözləri Əli Əliyevə aid olan bəstənin mix-masterinq işlərini peşəkar musiqiçi Givi Usenaşvili həyata keçirib. Mahnının ekran həlli isə rejissor Emin Muradova həvalə olunub.
Süni intellekt texnologiyası ilə ərsəyə gələn klip maraqlı süjet xətti ilə qısa film təsiri bağışlayır. Ekran işində sevgi hissinin zamanla dəyişmədiyi fərqli obraz və hadisələr üzərindən təqdim olunur.
Layihənin ən diqqətçəkən məqamlarından biri isə Elnur Məmmədovun klipdə süni intellektin imkanları ilə 70 yaşlı obrazda təqdim edilməsidir.
Bu detal klipin əsas ideyasını – zamanın dəyişdirdiyi görünüşə baxmayaraq, sevgi hissinin dəyişmədiyini izləyiciyə ötürür.
"Bu bir aşksa" artıq bütün rəqəmsal musiqi platformalarında və sənətçinin rəsmi YouTube kanalında onlayndır.

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı