Elnurun işıqlı nuru

Elnurun işıqlı nuruTanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibininmüavini və bu qurumun Mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu 1974-cü ildə Zəngilan rayonunda ziyalı ailəsində anadan olub. Atası Əşrəf müəllim Şükürov uzun illərZəngilan rayon İcra Hakimiyyətində məsul vəzifələrdə çalışıb. Anası ZöhrəHüseynova İngilis dili müəlliməsidir. Elnur ailənin ilk övladı idi
Bu kiçik yazıda məqsədimduyduğum bəzi məqamlar üzərindən onun jurnalist obrazını paylaşmaqdır.
Deyirlər, insanın həyatındaüç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir.Amma insan kimi yaşamağı hiss edə bilir.
Elnurla bağlı xatirlər məni uşaqlıq illərinə, Zəngilana aparır. Eyni həyətdəböyüyürdük, Şükürovların bir nümayəndəsi kimi.  O, uşaqlıqdan fərqli , bizim hamımızınsevimlisi idi. Səmimiyyət, qayğıkeşlik, mərdlik, prinsipiallıq onun təbiətininayrılmaz əlamətlərindəndir.
Elnurun uşaq vaxtı  öz futbol komandası var idi. Oyunları həmişəseçilirdi. Hamını öz ətrafına toplamağı bacarırdı. Tez-tez yıxılardı, qolusınardı. Amma oyunlarından dönməzdi.
Elnur orta təhsilini Zəngilan  rayonunda alıb. E. Şükürov 1992-ci Zəngilanrayon 1 nömrəli tam orta məktəbi qızıl medalla bitirib. Həmin ili Bakı DövlətUniversitetinin Beynəlxalq Junalistika fakültəsinə qəbul olub.
Hz.Əli buyurub:"İnsanlar ailələrindən çox, cəmiyyətin övladlarıdır". Elnur da bir ailənin, nəslin,Zəngilanın sevilən, seçilən övladı idi.
Elnur Əşrəfoğlu  idman jurnalistikasında tamaşaçıya  cəsarətli yenilikçi obrazını tanıtdı.  Onun yaradıcılığındakı bütün uğurları futbolaolan sevgisindən qaynaqlanırdı.
"525-ci qəzet", "7 gün" , "Azərbaycan" kimi mötəbər qəzetlərdə fəaliyyət göstərən Elnur Əşrəfoğlu AzərbaycanTeleviziyasında 16 il (1993-2009) ərzində müxbirlikdən İdman proqramlarıredaksiyasının baş redaktoru vəzifəsinə kimi yüksələ bilib. Uzun illər televiziyadafəaliyyət göstərən dəyərli telejurnalist bir çox yeni layihələrin müəllifi kimitanınıb. Onun müəllifi və aparıcısı olduğu "Sport daycest" əyləncəli idmanteleviziya proqramı milyonların rəğbətini qazanıb. Elnur Əşrəfoğlu müstəqil Azərbaycanınxarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinədüşüb (İsrail-Azərbaycan.1995-ci il).
Elnurun yaradıcılığınıaraşdırdıqda müəyyən etmək olur ki, müstəqillik illərində idman jurnalistikası  bir neçə istiqamətdə reallaşır. Elnur Əşrəfoğlununyenillikçiyi nədə idi?. O, idman jurnalistikasına müstəqillik abu- havasını gətirmişdi.İllərlə futbol oyunlarını tamaşaçılar onun səsilə dinləmişdi.
Elnur həm də gözəldiksiyaya malik idi. O öz fikirlərini aramla, yüksək və mərhəmətli səs tonu,aydın tələffüzü ilə, təmkinlə ifadə edir, auditoriyanı ələ ala bilidir. Nə qədəridman jurnalistikası yaşayır, Elnur Əşrəfoğlu da yaşayacaq. Elnur hər kəsingözündə gənc, şərhçilik peşəsinə emosionallıq gətirən aparıcı  kimi xatırlanacaq
Elnur Şükürov eləziyalılardandır ki, onun əməksevərliyi nəsillərə örnəkdir.
O, 1996-cı ildənbaşlayaraq bütün Yay Olimpiya oyunlarında idman jurnalisti kimi vəzifəsinin öhdəsindənlayiqincə gəlib. Bununla yanaşı, jurnalist Qış Olimpiadasını canlı izləməyə dəimkan tapıb. Azərbaycan Televiziyasının qızıl fonduna daxil olan "Zirvəyədoğru: Sidney-2000", "Afina-2004", "Pekin zəfərləri", "Milli Olimpiya Komitəsi-10il", "Professor", "9 nömrəli oyunçu", "Böyük hokkey", "Sehrbaz" və daha bir neçəsənədli filmlərin ərsəyə gəlməsində əməyi olub. Bir çox beynəlxalq idmanyarışlarından reportaj hazırlayan və 1994-cü ildən başlayaraq bütün futbol üzrədünya və Avropa çempionatlarının final mərhələsində Azərbaycandan yeganəakkreditə olunan jurnalist Elnur Əşrəfoğlu daim dünyanın tanınmış idmanadamları - Məhəmməd Əli, Pele, Maradona, Kobi Braynt, Messi, Del Pyero,Samaranç, Jak Roqq, Zepp Blatter, Mişel Platini, Keti Friman, Mariya Şarapova,Frans Bekkenbauer, Covanni Trappatoni, Dunqa, Ronaldinyo, Maykl Felps, UeynQretski, Rafael Nadal, Roje Federer, Useyn Bolt və digərləri ilə ünsiyyətə nailolub.
Elnur Əşrəfoğlu"Neftçi" futbol klubunun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisikimi iki dəfə ardıcıl olaraq Azərbaycan çempionluğu sevincini yaşayaraq,Premyer Liqanın qızıl medallarına sahib olub.
Tanınmış jurnalist  yeddi dəfə Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib: Atlanta,Sidney, Afina, Pekin, London, Rio və Tokio. Sonuncu beynəlxalq görüşü 2021-ciilin iyul ayında Tokio Olimpiya Oyunları oldu.
 O, ömrünün sonunadək idman jurnalistikasınınzirvəsində idi.
Bunları xatırladıqcaElnurun ciddi və nurani siması gözlərimin önündə canlanır.
Bütün bunlar 47 illikömrün hesabatı idi. Sanki Elnur harasa tələsirdi... On iki il öncə ağır xəstəliksəbəbindən bir böyrəyini itirən Elnur o vaxt ümidləri üzmədi, sağaldı, möhkəmiradəyə sahib olduğunu göstərdi.  Amma builin sentyabr ayında koronavirusa yoluxan Elnurun gücü, xəstəliklə mübarizəsi50 gün davam edə bildi.
Elnur Əşrəfoğlu doğmaelə-obaya, əslinə kökünə qırılmaz tellərə bağlı insan idi. Boya başa çatdığı Zəngilanadını elə gözəl xatırlayıdı ki, sanki oranı 28 ildir tərk etməmişdi.
2020-ci il oktyabrın20-də Zəngilan azad olunduqda Elnur televiziya efirlərində Vətənin azadlığıuğrunda canlarından keçən şəhidləri xatırlayır, onların ailələrinə başsağlığıverir, səbir diləyirdi.
Həmin günü efirlərdəElnur dostlarını Zəngilana qonaq kimi dəvət etmək üçün bir söz də vermişdi.Amma tale, zaman Elnura imkan vermədi. Bu il 20 oktyabrda koronavirusdandünyasını dəyişmiş tanınmış jurnalist  Elnur Əşrəfoğlu Saray qəsəbəsindəki qəbiristanlıqdatorpağa tapışırldı. Zəngilanın azad olunduğu günün bir ilin tamamında  Elnur torpağa  qovuşdu. O gün matəm yaşları yolumuzu kəsdi.Arzular ağlayan misralara çevrildi. Elnurun nuru, işığı onu sevənləri tərketdi.
         Şərqmüdriklərindən biri demişdir: "Böyük şəxsiyyətlər dünyaya gəlir, lakin dünyadangetmir". Elnur şərəfli ömür yaşadı. Adını xalqın tarixinə yazdı.
İnsan ölər, insanlıqqalar bu dünyada.Sən əşrəf insandın, Elnur Əşrəfoğlu. Hamıya nümunə idin, qəlblərəişıq saçan, Elnur.
         Elnur Əşrəfoğlu  mənənbizimlədir. Haqqın, ədalətin, insanlığın, xeyirxahlığın yanındadır. O yenidən doğulmaq üçün gəldi bu dünyaya. Onun şəxsiyyətinin bənzərsizatributu bizə yadigar qaldı.
 Allah rəhməteləsin.
 Təranə Çərkəz qızı Şükürlü
Filologiyaüzrə fəlsəfə doktoru , dosent
AMEANəsimi adına Dilçilik İnstitutunun Mətbuat xidmətinin rəhbəri

Sosial       Tarix: 27 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber axsam az xeberler beynelxalq bank mezenne cəbhədən xəbər