Elton: "Qadınla-kişi arasında söz-söhbət olubsa, günah kişidədir

Elton: "Bu gün 10 duet oxunursa, 1-i yaxşı olur. Duetdə mütləq stil, tərz olmalıdır. Səslər bir-birinə yaraşmalıdır. Mahnı başladısa, insanı özü ilə aparmadısa o duet deyil! Tamaşaçı özü gəlib sənə deməlidir ki, bu duetin nə gözəldir?! Ürəyimiz istəyirsə, bir duet oxuyaq. Bu belə olmalı deyil. Onun üçün bəlkə də 10 il gözləməlisən ki, səninlə duet oxuyacaq olan insan doğulub, həyata gəlsin. İnşallah xalq artistləri Flora Kərimova və Brilliant Dadaşova ilə duet oxumaq istəyirəm. İnanıram ki, yaxın günlərdə bunların hazırlıqlarına başlayacağıq".
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, Əməkdar artist Elton Hüseynəliyev bildirib. O daha sonra sözlərinə əlavə edib.
"Mən-mən" deyən insanlardan qaçıram. Qorxuram həmin insanlardan. Elə insanları Allah da sevmir. İnsan sözünün mənası unutqan deməkdir. İnsan səhvini başa düşürsə o peşman olur. Peşmanlıq insanlıq deməkdir. Amma o peşmanlığı düzəltmək şərtilə. Bir nəfərin xətrinə deyəndə, gəlib üzr istəmək yerinə, deyirlər ki, gəl halallaşaq. Hər zaman çalışmışam ki, xətrinə dəydiyim insandan üzr istəyim. Biri var süni olasan, sünilik yaxşı xüsusiyyət deyil. Süni insanlar heç vaxt heç kimin xətrinə də dəyməz, üzr də istəməz. Mən düşünürəm ki, qadınla-kişi arasında söz-söhbət olubsa, orada bütün günahlar kişidədir. Baxış, münasibət belə olmalıdır. Çünki xanımlar bizim başımızın tacıdır", - deyə Əməkdar artist bildirib.
O daha sonra ən pis xasiyyətindən danışıb.
"Hər yerə gecikirəm, bu xasiyyətim məndən asılı deyil. Bunu hamı bilir, hamı deyir. Özüm də etiraf edirəm. Elə yerlər var ki, ora gecikmək olmaz, amma dostum, yaxın adamım gözləyəndə məndə arxayınlıq yaranır. Hər yerə vaxtı-vaxtında çatmaq lazımdır. Amma bu hələ ki, mümkün deyil. Nə qədər geciksəm də, işlərimi çatdıra bilirəm", - deyə Elton Hüseynəliyev bildirib.

Şou Biznes       Tarix: 17 may 2022
f Paylaş

Oxşar xəbərlər

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun valyuta mezennesi 2026 xeberler bu qun cəbhədən son məlumat