Elza Seyidcahandan döyülmə xəbərinə reaksiya: "Qıcolmadan əziyyət çəkirəm"
Əməkdar artist Elza Seyidcahan xəstəxanaya yerləşdirilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Milli.Az xəbər verir ki, sənətçi ölkə.az-ın əməkdaşı ilə söhbətində deyib ki, hazırda xəstəxanada müalicə alır.
"Hazırda xəstəxanadayam. Başımda ağrılar var. Qıcolmadan əziyyət çəkirəm. Həkimlər, hələ ki, bir diaqnoz qoymayıblar".
Əməkdaşımızın "Əvvəllər də sizdə bu əlamətlər olub?" sualına əməkdar artist bildirib ki, belə bir xəstəlikdən heç vaxt əziyyət çəkməyib.
"Xeyr, yaşadığım stressdən, əsəbdən bu vəziyyətə düşmüşəm".
E.Seyidcahan bacısına görə, narahat olduğunu da dilə gətirib.
"Bacımın vəziyyəti indi yaxşı deyil, o da çox pis vəziyyətdədir. O da təcili yardımla xəstəxanaya çatdırılıb, həkim nəzarəti altındadır. Bacım üçün çox narahatam. Mən özüm hazırda "Semaşko" xəstəxanasının yanında tədris terapiya şöbəsində müalicə alıram. Biz ikimiz də zərbə almışıq. 102 xidmətinə rəsmi şəkildə müraciət etmişəm. Məsələ araşdırılacaq. Ölkəmin hüquq mühafizə sisteminə inanıram. İnanıram ki, məsələ lazımi səviyyədə araşdırılacaq və günahkarlar layiqincə cavablarını alacaqlar", - əməkdar artist vurğulayıb.
Qeyd edək ki, Elza Seyidcahan seçki günü özünün və bacısının təzyiqə məruz qalması ilə bağlı video paylaşmışdı. Videoda onun xəsarət aldığı bildirilirdi. Seyidcahana təcili yardım çağrılıb. Xızıda olan müğənni ilkin yardım edilməsinə imkan verməyib və Bakıya gətirilməsini istəyib. Bacısı və kürəkəninin köməkliyi ilə maşına otuzdurulan Elza Bakıya gətirilib və xəstəxanaya yerləşdirilib.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ