Əmək pensiyalarının nə qədər artacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Əmək pensiyalarının nə qədər artacağı ilə bağlı RƏSMİ AÇIQLAMAPrezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə həyata keçirilən ardıcıl və genişmiqyaslı sosial islahatlar çərçivəsində sosial ödənişlərin, o cümlədən, pensiyaların 2022-ci ilin əvvəlindən növbəti dəfə artırılması təmin edilib. Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb və bu artım 40 min şəxsin pensiyasında artıma imkan verib.
azxeber.com "Trend"ə istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talibov bildirib.
O qeyd edib ki, bununla yanaşı, bu ilin əvvəlindən bütün pensiyaçıların pensiyalarında da artım olub.
Belə ki, pensiya (qulluq stajına görə pensiyalarına əlavələr hesablanmış şəxslər istisna olunmaqla) ötən ilin orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və əlavə olaraq pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılıb. 1,1 milyon pensiyaçının pensiyalarında ilin əvvəlindən artım edilib və bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 milyon manat ayrılıb.
"Digər pensiyaçılara, yəni qulluq stajına görə pensiyalarına əlavələr hesablanmış şəxslərə (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) də bu ilin əvvəlindən hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi (pensiya ilə birgə) nəzərdə tutulub. Bununla onların da pensiyalarında 10 faiz artım olub (misal üçün, 1200 manat pensiya alan şəxsin pensiyasına 120 manat da maddi yardım əlavə olunmaqla hər ay 1320 manat alacaq). Bunun üçün də illik əlavə 86 milyon manat vəsait ayrılıb", - deyə nazirlik rəsmisi qeyd edib.
Beləliklə, həm minimum pensiya 20 faiz artıb, həm qulluq stajına görə pensiyalarına əlavələr hesablanmış şəxslərin pensiyaları, həm də digər pensiyaçıların pensiyaları artırılıb.
Ümumilikdə, 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.

Sosial       Tarix: 10 mart 2022
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünkü son xəbərlər cəbhədən ən son xəbərlər butun xeberler valyuta mezennesi banklar