Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dörd sosial təminat növünün təyinatını elektronlaşdırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dörd sosial təminat növünün təyinatını elektronlaşdırıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dörd sosial təminat növünün təyinatını elektronlaşdırıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dörd sosial təminat növünün - bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardımı almaq hüququ olan) buna görə aylıq müavinətin, habelə, müharibə və 20 Yanvar əlillərinin, Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinətin təyinatını da elektronlaşdırılıb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, həmçinin nazirlik 4 növ e-arayış xidmətini - mənzillə təminat, ünvanlı dövlət sosial yardımının təyinatı, ödənişi, habelə fərdi şəxsi hesablar barədə arayışların alınması üzrə e-xidmətləri istifadəyə verilib.
Nazirliyinin tabeliyindəki DOST Agentliyində yeni e-təyinat sistemləri və e-arayış xidmətləri ilə bağlı təqdimat tədbirində nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov  əmək, məşğulluq, sosial təminat sahələri  üzrə idarəçiliyin və xidmətlərin elektron texnologiyalar üzərində qurulmasının aparılan islahatların əsas istiqamətlərindən olduğunu vurğulayıb. O bildirib ki, 2019-cu ilin  əvvəlindən ölkəmizdə pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizmi işə salınıb. Həmçinin bu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin e-təyinatı infrastukturunun da qurulması işlərinə başlanıb.  
B.Hüseynov qeyd edib ki, hazırda daha 4 sosial təminat növünün  də e-təyinatı sistemləri təqdim edilir və bununla  2019-cu ildə sosial təminat növləri üzrə istifadəyə verilən e-təyinat sistemlərinin sayı 14-ə çatır. Onların sırasına yaşa və əlilliyə görə pensiyanın, uşağın doğulmasına görə birdəfəlik müavinətin, əlilliyə görə, sağlamlıq imkanları məhdud uşağa, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə, müharibə və 20 Yanvar əlillərinin, Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına aylıq müavinətin, müharibə və 20 Yanvar əlillərinə, I dərəcə əlilliyi olan şəxslərə Prezidentin təqaüdünün və s. təminat növlərinin e-təyinat sistemləri daxildir.
Qeyd edilib ki, müavinət və təqaüdlərin təyinatında avtomatlaşdırma tədbirləri illik təqribən 180 minədək təyinatın vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan elektron şəkildə həyata keçirilməsi deməkdir. Eyni zamanda, daha 4 e-arayış xidməti bu gün təqdim edilir ki, bununla da nazirliyin e-arayış xidmətlərinin sayı artıq 12-yə çatır.
Tədbirdə nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni e-təyinat sistemləri barədə məlumat verib. Bildirilib ki, qeyd edilən müavinətlərin təyinatı vətəndaşların həmin sosial ödənişlərin təyin edilməsi üçün hansısa quruma müraciət etməsinə ehtiyac qalmadan elektron qaydada aparılacaq. Misal üçün, aztəminatlı ailəyə ünvanlı sosial yardımı elektron  qaydada təyin edildikdə, sistemə daxil edilmiş müvafiq məlumat əsasında həmin ailədəki 1 yaşa qədər olan uşağa da aylıq müavinət avtomatik təyin ediləcək.
K.Əkpərov həmçinin mənzillə təminat, ünvanlı dövlət sosial yardımının təyinatı, ödənişi,  fərdi şəxsi hesablar barədə arayışın alınması üzrə e-xidmətlərdən istifadə prosedurlarını diqqətə çatdırıb. Qeyd edib ki, vətəndaş portala daxil olur və orada formalaşan şəxsi kabinetində "E-arayış" altbölməsini və bu bölmədə arayışın növünü seçir. Bu zaman arayış avtomatik olaraq formalaşır. Bundan sonra vətəndaş arayışı çap edərək müvafiq quruma təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Vətəndaşa arayışın etibarlılıq müddətini də özü müəyyən etmək imkanı verilir.
Beləliklə də, qeyd edildiyi kimi, artıq nazirliyin 12 e-arayış xidməti fəaliyyət göstərir. Onların sırasına iş yerinə və əlilliyə dair, müavinət və təqaüdlə, pensiya, maddi yardım və birdəfəlik ödəmə ilə, dövlət tərəfindən mənzillə və avtomobillə təmin edilmə barədə, həmçinin ünvanlı dövlət sosial yardımının təyinatı və bu yardımın ödənişi, fərdi şəxsi hesab barədə e-arayış xidmətləri daxildir. /oxu.az

Sosial       Tarix: 18 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bu gun bu gunun xeberleri haqqinda melumat sou xeberler bugun gunun xeberleri