Əmi qardaşı qızına dəhşət yaşatdı: 'İçəri girsən

Əmi qardaşı qızına dəhşət yaşatdı: 'İçəri girsənGədəbəy rayonunda 1940-cı il təvəllüdlü Rəsul qardaşı qızı Zəminəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
azxeber.com Teleqraf.com-a istinadən bildirir ki, hadisə 26 may 2021-ci ildə Gədəbəy rayonu, Nağılar kəndində baş verib.
Rəsul ata mülkü olan evin eyvanında qardaşı qızı Zəminə ilə onun evdən gedəcəyini bildirməsi səbəbindən mübahisə edib.
Mübahisə zamanı Rəsul bıçaqla Zəminənin ağız nahiyəsindən vurub, ona üst dodağın ağız boşluğuna açılan deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Rəsulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəsul ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür: "Zəminə qardaşım qızıdır. Onunla heç bir düşmənçiliyim yoxdur. Ancaq aramızda mülk üstündə ədavət yaranıb. Əvvəllər Rusiya Federasiyasının Moskva şəhərində yaşamışam. 1989-cu ildə Rusiyadan köçərək Azərbaycana gəlmişəm və Yevlax rayonu, Tanrıqulular kəndində yaşamağa başlamışam.
Ancaq həmin illərdə mütamadi olaraq Gədəbəy rayonuna gəlib-getmişəm. Azərbaycana köçüb gəlməmişdən əvvəl, yəni 1985-ci ildə anam Fatma vəfat etdi. Bundan sonra Gədəbəy rayonunda yerləşən ata mülkü olan evdə heç kim yaşamadı. Həmin ev mənə qaldı. Qardaşım Altay da Mingəçevir şəhərində yaşayırdı. Ancaq bəzi vaxtlarda qardaşım da Gədəbəy rayonunda yerləşən evimizə gəlib gedirdi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ildə Zəminə ilə aralarında mülk üstündə narazılıqlar başlayıb: "Mən də, Zəminə də Gədəbəy rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə həmin mülkü iki yerə böldü. Mən apellyasiya məhkəməsinə müraciət etdim. Hazırda həmin mülki iddiaya Ali Məhkəmədə baxılır. Buna görə Zəminə ilə aramızda ədavət davam etməkdədir".
Rəsul qeyd edib ki, 2021-ci ilin aprelindən Gədəbəy rayonu, Nağılar kəndində yerləşən evinə gəlib və orada yaşamağa başlayıb: "Mayın 26-da, saat 11 radələrində evdə olduğum zaman Zəminə gəldi. Ona evə girməyə icazə vermədim, balkonda əyləşdi. Zəminəni evə buraxmıyacağımı dedim.
Zəminə evin 6 pəncərə şüşəsini sındırdı, mənə məxsus geyim əşyalarını götürərək küçəyə atdı. Sonra da evin həyətində oturaraq gözlədi. Aramızda mübahisə yarandı. Zəminə məni təhqir etdi. Axşama qədər onun evimə girməsinə icazə vermədim".
Təqsirləndirilən şəxs deyib ki, həmin gün saat 18 radələrində Zəminə evdən su götürmək üçün içəri girmək istəyib: "Onun evə girməsinə mane oldum. Zəminə ilə çəkişərək qapını saxladım. Zəminə isə güc göstərdi, qapını açmaq üçün geri itələdi. O, ağac götürdü, qolumun üstündən, ayaqlarımdan və başımdan vurdu. Bu vaxt ağac ortadan ikiyə bölündü. Ağacı onun əlindən almaq istədim. Zəminə isə güc göstərdi, başıma vurdu. Huşumu itirdim, yerə yıxıldım. Sonra nələrin baş verməsindən xəbərim olmayıb. Dava zamanı ola bilər ki, Zəminəyə zərbə endirmişəm. Törətdiyim əməldən peşmanam".
Zərərçəkmiş şəxs qismində ifadə verən Zəminənin sözlərinə görə, Gədəbəy rayonu, Nağılar kəndində müvəqqəti olaraq tək yaşayır: "Rəsmi olaraq heç yerdə işləmirəm, ikinci qrup gözdən əlil olmaqla təqaüd alıram. Təqsirləndirlən şəxs mənim doğma əmimdir. Onunla heç bir düşmənçiliyim yoxdur. Ancaq aramızda mülk üstündə ədavət yaranıb. Rəsul uzun illər Qazaxıstanda yaşayıb, gənc yaşlarından Azərbaycanı tərk edərək getdib. Öz atasının və anasının dəfnində də iştirak etməyib.
Atam Altay evin böyük oğlu, Rəsul isə kiçik oğludur. Babama məxsus evdə atam yaşayıb. Babam vəfat edəndən sonra Mingəçevir şəhərində yaşamışıq. Sonra ailə qurdum, gəlin köçdüm".
Zərərçəkmiş şəxsin ifadəsinə görə, 2009-cu ildə ərindən boşandıqdan sonra valideyinləri ilə birgə yaşayıb: "2018-ci ildə atam və anam vəfat etdilər. Gədəbəy rayonuna qayıtdım, atama məxsus evdə yaşamağa başladım. Atamın valideyinlərindən qalma mülk uçub, dağılmış halda olub. Əmim Rəsul arvadı Nigar və iki uşağı ilə birgə Azərbaycana gəldikdən Yevlax rayonu, Tanrıqulular kəndində atamın köməkliyi ilə özünə ev aldı, yaşamağa başladı.
Lakin atam vəfat edəndən sonra Rəsul Nağılar kəndində yerləşən evə gəldi. Bu evin ata mülkü olduğunu bildirdi, mənim evdən çıxmağımı tələb etdi. Bir neçə dəfə gələrək məni təhqir etdi. Mən də, Rəsul da Gədəbəy rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə həmin mülkü iki yerə böldü. Lakin bu işə Ali Məhkəmədə baxılması davam edir".
Zəminə deyib ki, mayın 26-da, saat 11 radələrində Mingəçevir şəhərindən atasına məxsus evə gəlib: "Rəsulun kilidlərini sındıraraq evə daxil olduğunu gördüm. Həmin gün hava yağışlı idi. Mən də evə daxil olmaq istədim. Ancaq Rəsul icazə vermədi. Giriş qapısına yaxın, balkonda stulda əyləşdi, qarşısında ağac parçası və bıçaq qoyaraq məni gözlədi. Polisə zəng etdim, Rəsulun hərəkətləri barədə məlumat verdim. Ancaq polis əməkdaşları məsələnin mülki xarakter daşıdığını bildirdilər, mənim evə buraxılmağlma kömək etmədilər.
Rəsulla aramızda sözlə mübahisə davam etdi. Saat 18 radələrinə kimi gözlədim. Artıq hava qaraldığı vaxtda evə girməyə cəhd etdim. Lakin Rəsul əli ilə sinəmdən vurdu, məni yerə yıxdı. Arxası üzərinə daş pilləkənin üzərinə yıxıldım. Kürəyimin sağ tərəfindən və sol qolumdan xəsarət aldım.
Bir qədər sonra ayağa qalxdım, Rəsula irad bildirdim və yenidən qapını açmağa cəhd etdim. Rəsul bıçaqla bir dəfə ağız nahiyəmə vuraraq xəsarət yetirdi. Ağız nahiyəmdən axan qanı kəsdim. Sonra isə 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdim".
Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Rəsulun barəsində "8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilib.
Onun barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad еdilib.
Rəsulun barəsində sеçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv еdilib.

Sosial     Baxılıb: 261   Tarix: 12 fevral 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Airblue' aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır

Pakistanın "Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır. Bu barədə -a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib. Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı–Laho

Həkimlər xəbərdarlıq edir - Səhər bu vərdiş təhlükəlidir

Mütəxəssislər səhər saatlarında edilən bəzi səhvlərin sağlamlığa zərər verdiyini açıqlayıb.  xəbər verir ki, acqarına şəkərli qidaların qəbulu orqanizm üçün risklidir. Bu hal qan şəkərinin kəskin artmasına səbəb olur. Nəticəd

Qızıl almaq istəyənlərə PİS XƏBƏR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. KONKRET.azxəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyər

Azərbaycanda pensiya yaşı aşağı salına bilərmi? - MÜHÜM AÇIQLAMALAR

Azərbaycanda son dövrlərin ən çox müzakirə edilən və vətəndaşlar arasında ciddi narazılıq doğuran mövzularından biri də pensiya yaşıdır. Sosial şəbəkələrdə və ictimai platformalarda pensiya yaşının aşağı salınması ilə bağl

Ucar Təhsil Sektoruna yeni rəhbər təyin olundu

Ucar Təhsil Sektorunda vakant olan müdir vəzifəsinə yeni müvəqqəti rəhbər təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, bu vəzifəyə Məhəmmədov İsmayıl Həsən oğlu gətirilib. O, bundan sonra Ucar Təhsil Sektorunu

"Sosial şəbəkələrin yaranması media subyektlərinin inkişafına təsir göstərib

"Sosial şəbəkələrin yaranması media subyektlərinin inkişafına təsir göstərib". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media Təhlili şöbəsinin müdiri Səbinə Seyidov

Sabah hava necə olacaq? - Proqnoz

Azərbaycanda mayın 1-də havanın 25 dərəcə isti olacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə

Bu ərazilərdə qaz kəsiləcək

Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sabunçu rayon

Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı

Rusiyanın Kurqan şəhərində Azərbaycan mətbəxi təqdim edən restoran-otel kompleksi satışa çıxarılıb. Müəssisəsinin azərbaycanlı sahibi hazır biznesi 265 milyon rubl dəyərində qiymətləndirib. Elana görə, kompleksə 30 otel otağ


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber 2026 xəbər az son xeberler 2026 maliyye xeberler bugun