Emil Əliyev: "Bu cinayəti törədənlərin cəzalandırılmasına nail olmalıyıq" - VİDEO

Emil Əliyev: "Bu cinayəti törədənlərin cəzalandırılmasına nail olmalıyıq" - VİDEOEmil Əliyev: "Bu cinayəti törədənlərin cəzalandırılmasına nail olmalıyıq" - VİDEO
"Ermənilər yerli vaxtla saat 3 radələrində Belçikada Azərbaycan Səfirliyinin qarşısında toplaşmağa başladılar. Azərbaycanlılar da binanın həyətinə toplaşmışdı, lakin polislər saat 2-dən sonra insanları içəri buraxmamağa başlamışdı. Təəssüf ki, gecikənlər içəri buraxılmadı və ətrafda yüzlərlə erməninin əhatəsində qalan azərbaycanlı vətəndaşlarımız oldu".
Bu sözləri Oxu.Az-a Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri, Niderland və Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev 22 iyul tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kəskin vandalizm aktına münasibət bildirərkən deyib.
Emil Əliyev: "Bu cinayəti törədənlərin cəzalandırılmasına nail olmalıyıq" - VİDEOE.Əliyev bildirib ki, hadisə baş verən gün orada olub və hadisələri canlı yayımlayıb:
"Ermənilərdən 10 metr aralıda səfirliklə üzbəüz dayanmışdım. Bir qədər keçdikdən sonra polislər erməniləri toplaşdıqları yerdən dağıtmağa başladı. Artıq yavaş-yavaş onlar mən olan istiqamətə gəldi. Demək olar ki, onların arasında yeganə azərbaycanlı mən qaldım. Başladılar provokasiya etməyə. Belçika polisi, Los-Anceles polisi bu məsələdə çox zəiflik nümayiş etdridilər. Hətta deyərdim ki, kənardan baş verənləri sadəcə izləməklə kifayətləndilər.
Azərbaycan səfirliyinin qarşısına gələn ermənilər hazırlıqlı gəlmişdi. Ətrafdakı polislər onların çantalarını yoxladıqda içərisindən daşlar çıxırdı. Bir an heç kim gözləmədiyi anda ermənilər kütləvi şəkildə azərbaycanlılara daş atmağa başladılar. Üç-dörd dəqiqə ərzində səfirliyin binası daşlandı. Bu zaman ciddi xəsarət alanlar oldu. Hətta beş-altı nəfərin vəziyyəti daha ağır idi. Əraziyə təcili tibbi yardım çağırıldı. Yaralılara yerində yardım göstərildi, vəziyyəti ağır olanlar isə təcili xəstəxanaya yerləşdirildi".
O bildirib ki, ermənilərin əllərində Azərbaycan bayrağı olduğu üçün həmvətənlərimiz səfirliyin qarşısından uzaqlaşan ermənilərin ardınca getdi:
"Biz istəmirdik ki, ermənilər kənarda bizim bayrağımızı yandırsınlar, bayraqları onların əlindən almaq istəyirdik. Başqa bir qrup ermənilər isə bizim soydaşlarımızı kənardan güdüb, onları mühasirəyə alaraq, xəsarət yetirməyə başlayıblar. Bir qrup erməni yaxınlıqdakı kafedə həmvətənlərimizin qarşısını kəsərək, onlara hücum etdi. Lakin yaxınlıqda olan azərbaycanlıların dəstəyi ilə ermənilərin hücumu dəf edildi.
Amma bir neçə dəqiqədən sonra hər yerdən ermənilər toplaşmağa başladı. Bizim uşaqlar çox ciddi yaralandı. Soydaşlarımızın əksəriyyətinin daxili orqanlarında problem yaşanıb. Niderlanddan yüzlərlə azərbaycanlı Belçikadakı həmvətənlərimizə dəstəyə gedib. Bu, artıq ciddi narahatlıq yaradır. Səfirlik nümayəndələrimiz polislərlə danışıqlar aparıb, ermənilərin azərbaycanlılara etdiyi hücumlarla bağlı görüntüləri, bütün materialları təqdim etməlidir. Bu cinayətkarlığa səbəb olan 15 erməni saxlanılıb, lakin bu azdır. Hər biri cəzalandırılmaldır. Biz buna nail olacağıq. Həbs olunan ermənilərin çoxu mitinq vaxtı döyülmə hadisələrinə görə yox, sadəcə olaraq, şəhərdə erməni bayrağı ilə gəzdiklərinə görə saxlanılıb.
Avropada bu cür hadisələrdə heç vaxt azərbaycanlıların adı hallanmayıb. Həmvətənlərimiz heç vaxt, heç bir ölkədə yaşayan insanlara qarşı bu cür vəhşilik göstərməyib. Lakin hər dəfə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşiliyə adekvat cavab verilir. Təəssüf ki, bu dəfə polis hər zaman göstərdiyi mövqeyi sərgiləmədi. Polis çox ləng müdaxilə edir. Niderland polisi isə, əksinə, çox ciddi yanaşdı. Azərbaycanlıları son dərəcə ciddi mühasirəyə alaraq, ermənilərin hücumlarından qorudu. Ermənilərin aqressiyasının qarşısını almaq üçün xüsusi təlim almış itlərdən istifadə edildi".
E.Əliyev deyir ki, ilk dəfə ermənilər iki uşağı ilə yolda gedən azərbaycanlıya hücum edib:
"Bu hadisələr həm Los-Ancelesdə olub, həm də Belçikada olub. Küçədə gedən azərbaycanlılara bir anda hücum edirlər, maşınları yandırırlar. Onlar arasında xanımların olması bizi daha çox narahat edir. Biz onlar kimi cavab vermək, münaqişə yaratmaq istəmirik. Tələbimiz Avropa ölkələrində bu məsələyə qanunvericilik səviyyəsində reaksiya verilməsidir. Qanuni yollarla bu cinayəti törədən ermənilərin cəzalandırılmasına nail olmalıyıq. Xarici işlər nazirlikləri bu məsələyə münasibət bildirməli, bu hadisələrin baş verdiyi ölkələrin hüquq-mühafizə orqanlarına laqeyd münasibətə görə nota verilməlidir. Məhz bu səbəbdəndir ki, onlarla azərbaycanlı bu gün çox ağır xəsarətlər alıb".

Könül Cəfərli 

Siyasi       Tarix: 26 iyul 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat bu gune olan xeberler son xeber.az krminal bu gun