Emin Hacıyev seçiciləri ilə görüşüb - FOTO
Emin Hacıyev seçiciləri ilə görüşüb - FOTO
Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Emin Hacıyevin Sumqayıt şəhəri 9-cu mikrorayon 10/27 ünvanında yaşayan və 71 saylı binanın sakinləri ilə görüş keçirib.
Görüşdə deputatlığa namizəd, onun vəkilləri çıxış edib, seçicilərin sualları cavablandırılıb. E.Hacıyev iş prinsipi və platforması ilə bağlı seçicilərə məlumat verib. Seçiciləri dinləyən namizədin vəkilləri onların qaldırdıqları problemləri, narahat edən məsələləri, rəy və təkliflərin hamısını qeyd ediblər.
E.Hacıyev deyib:
"Öz timsalımda müşahidə edirəm ki, insanlar gənclərin siyasətə gəlməyini dəstəkləyir, yeni parlamentin islahatlarını səbirsizliklə gözləyirlər. Mənə etimad göstərildiyi təqdirdə seçicilərimin və partiyamın inamını doğruldacağıma, Sumqayıt üçün faydalı olacaq islahatların durmadan artacağına söz verirəm! Hər bir görüşdə olduğu kimi, bu görüşdə də sakinlərin ölkə rəhbərliyinə, təmsil olunduğum YAP-a güclü dəstəyini müşahidə edirəm".
Görüş zamanı sakinlər Azərbaycanda idarəçilikdə ciddi islahatların getdiyini, Milli Məclisə keçirilən növbədənkənar parlament seçkisinin də bu islahatların bir göstəricisi olduğunu vurğulayıblar. Tədbirdə çıxış edən seçicilər fevralın 9-da seçki məntəqələrində ən layiqli namizədə - YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.















Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb