Emin Hüseynov: "Qarabağda 150 min iş yeri yarada biləcəyimizə ümid edirik
"Təkcə Qarabağ iqtisadi rayonunda 150 min iş yeri yarada biləcəyimizə ümid edirik".
azxeber.com xəbər verir ki, bunu Naftalanda keçirilən "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-praktik konfransında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
"Ermənistanın verdiyi mina xəritələrinin effektivliyi 25%-dir. İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış sursatlarla çirkləndirilməsi bu ərazilərinin bərpasını ləngidir. Səkkiz ayda - rekord müddətdə - Füzuli aeroportu inşa edilib. Tezliklə Ağdam və Füzulidə iki xəstəxananın tikintisinə başlanılacaq. Yaxın vaxtlarda Pənahəli xanın sarayı da bərpa ediləcək. Suqovuşan, Tuğ və Hadrutun turizm inkişaf konsepsiyaları hazırlanıb. Ağdamda özəl şirkətlər hotel tikintisinə başlayıblar. Bu şəhər tamamilə bərpa edildikdən sonra onu biznes mərkəzinə çevirmək planı var. Ağdamda inşa ediləcək atçılıq mərkəzi də turizminin inkişafına təkan verəcək.
Qarabağın təbiəti burada ekoturizmin inkişafına təkan verəcək. 2026-cı ilə qədər Ağdam və Füzuli şəhərlərinin, eləcə də bu rayonların 32 kəndinin bərpa edilməsi planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərə 2025-ci il qədər bir milyona yaxın turistin səfər etməsi gözlənilir", - deyə o qeyd edib.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü