Əmirbəyov: "Bakı İrəvanla sülh sazişi üzrə danışıqların növbəti mərhələsinin keçirilməsinin tərəfdarıdır"

Əmirbəyov: Bakı yaxın vaxtlarda Azərbaycan və Ermənistan rəsmiləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyinə ümid edir.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, kommunikasiyaların açılması Azərbaycan və Ermənistan arasında bütün sülh prosesinin tərkib hissəsidir: "Danışıqların əsas qayəsi sülh sazişi mətninin (Bakı ilə İrəvan arasında) razılaşdırılmasıdır. Burada bütün əsas parametrlər, o cümlədən kommunikasiyaların bərpası göstərilir. Digər iki vacib məsələ isə kommunikasiyaların açılması, həmçinin Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasıdır".
Nəqliyyat kommunikasiyalarının bərpasından danışan E.Əmirbəyov Azərbaycan tərəfinin Zəngəzur dəhlizinin bərpası təşəbbüsünü xatırladaraq qeyd edib ki, bu, Azərbaycan vətəndaşlarının quru yolla maneəsiz Naxçıvan Muxtar Respublikasına gedə bilməsi üçündür: "Söhbət çox təəssüf ki, münaqişə nəticəsində dağılmış 42 kilometr dəmir yolundan gedir. Bu, təkcə çatışmayan sahənin tikintisi ilə bağlı deyil. Yeri gəlmişkən, biz tərəfdən bu iş demək olar ki, yekunlaşıb. Mən Horadiz-Ağbənd hissəsini nəzərdə tuturam. Təəssüf ki, Ermənistan hələ bu layihənin texniki əsaslandırılması üzərində işlərə başlamayıb".
Prezidentin köməkçisi vurğulayıb ki, rəsmi Bakı yaxın gələcəkdə sülh sazişi layihəsinin müzakirəsi üçün Azərbaycan və Ermənistan rəsmiləri arasında danışıqların növbəti mərhələsini keçirməyə ümid edir: "Ümid edirik ki, danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq və yeri gəlmişkən, Azərbaycan tərəfindən hazırlanmış və ilk dəfə bir ildən bir az əvvəl Ermənistana təqdim olunmuş sülh sazişi layihəsinin müzakirəsi bərpa olunacaq. Sazişin mətni üzrə fiziki danışıqlar aparılmadığı halda, iki tərəf arasında layihələrin mübadiləsi davam etdirilir, yəni hər bir tərəf bu sazişin növbəti layihəsinə öz şərhlərini və düzəlişlərini təqdim edir. Biz, və təkcə biz yox, ümid ediri ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra danışıqlar yolunda irəliləyişə nail olmaq şansları xeyli artıb".

Siyasi       Tarix: 03 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib. xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub. "Pakistanı

"Ermənilər olmayan yerdən özlərinə tarix düzəldiblər

"Azərbaycanlıların tarixi daha əsaslıdır, nəinki ermənilərin tarixi". xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər cəbhədən son vəziyyət valyuta məzənnələri sonxabar az