Ən çox hansı sahələrdə çalışanlar güzəştli kredit əldə edib?
Ən çox hansı sahələrdə çalışanlar güzəştli kredit əldə edib?
Ötən il güzəştli kreditlərdən yararlanan sahələr və ayrılan kreditlər açıqlanıb.
Bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov fondun ötənilki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, iqtisadi sahələr üzrə layihələrin say üzrə bölgüsünda kənd təsərrüfatı sektoru əsas yer tutub.
Bildirilib ki, layihələrin say üzrə bölgüsünə əsasən ayrılan güzəştli kreditlər kənd təsərrüfatı məhsullarının istehsalında 44,5 faiz, əlavə olaraq kənd təsərrüfatı məhsullarının emalında 12,5 faiz təşkil edib.
Fondun sədri əlavə edib ki, ölkədəki sənayeləşmə prosesi də burada özünü göstərir. Belə ki, ötən il sənayeləşmə məhsullarının istehsalı və emalı üzrə layihələrə ayrılan güzəştli kreditlərin həcmi 37,3 faiz təşkil edib. Həmçinin, layihələrin sayına görə ayrılan güzəştli kreditlər xidmət sektoru üzrə 1,2 faiz, turizm sahəsi üzrə 0,5 faiz, tibb və s. sahələr üzrə 4 faiz təşkil edib.
Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 833 layihəyə 72,3 milyon manat, sənaye məhsullarının istehsalı və emalı üzrə 59 layihəyə 47,3 milyon manat, 7 infrastruktur layihəsinə 0,7 milyon manat, digər sahələr üzrə (xidmət, tibb və s.) 3 layihəyə 6 milyon manat güzəştli kredit ayrılıb. /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ