"Ən yaxşı təqdimat" müsabiqəsində fərqlənənlər mükafatlandırılıb

"Ən yaxşı təqdimat" müsabiqəsində fərqlənənlər mükafatlandırılıb"Ən yaxşı təqdimat" müsabiqəsində fərqlənənlər mükafatlandırılıb
Onlayn keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsində fərqlənən paytaxt məktəbliləri mükafatlandırılıb.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev və idarənin struktur bölmə rəhbərləri iştirak edib.
BŞTİ-nin müdiri Rəşad Tağıyev çıxış edərək, müsabiqənin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi məqsədilə keçirilən mühüm tədbirlərdən biri olduğunu vurğulayıb və qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
İdarə müdiri ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar təşkil edilən müsabiqənin mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn şəkildə - videotəqdimat formasında keçirildiyini bildirib.
R.Tağıyev təhsilin inkişafının hər zaman ulu öndərin genişmiqyaslı fəaliyyətində prioritet istiqamət kimi mühüm yer tutduğunu və bu sahədə inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Qeyd edək ki, IX-XI sinif şagirdləri arasında təşkil olunan "Ən yaxşı təqdimat" müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki məktəblər üzrə səkkiz nəfər II, üç nəfər III dərəcəli diplomla, bir nəfər isə "Tərifnamə" ilə təltif olunub.
Belə ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin məzunu Elnur Qaracayev, 60 nömrəli tam orta məktəbin məzunu Mədinə Ələkbərova, 234 nömrəli tam orta məktəbin X sinif şagirdi Arzu Salmanova, 82 nömrəli tam orta məktəbin X sinif şagirdi Aysu Hüseynquliyeva, 310 nömrəli tam orta məktəbin məzunu Aysel Rzazadə, 44 nömrəli tam orta məktəbin XI sinif şagirdi Asya Hacılı, Texniki-humanitar liseyin XI sinif şagirdi Səba Ağayeva və 283 nömrəli tam orta məktəbin məzunu Reyhan Camalova II dərəcəli diploma layiq görülüblər.
Bakı şəhəri 111 nömrəli tam orta məktəbin X sinif şagirdi Sevinc Rüstəmova, Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi Rəna Şabanzadə, 205 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsənrza Dadaşov III dərəcəli diplom, 47 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fidan Məmmədli isə "Tərifnamə" ilə təltif edilib.
Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim olunub. /oxu.az

Sosial       Tarix: 23 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər xəbərlər.com hava haqqinda xeber.az