Ərdəbil İran və Azərbaycanın birgə sənaye parkının mərkəzi seçildi
"İranın şimal-qərbində yerləşən Ərdəbil 3 vilayət (Ərdəbil, Şərqi Azərbaycan və Gilan vilayətləri) arasında İran və Azərbaycanın birgə sənaye parkının mərkəzi olaraq seçilib".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədri və İran və Azərbaycan Birgə Ticarət Palatasının iranlı sədri Hüseyn Pirmüəzzin dövlət və özəl sektorun dialoqu şurasının iclasında deyib.
H.Pirmüəzzinin sözlərinə görə, Ərdəbil lazımi infrastrukturlara və Azərbaycanla yaxın olduğu üçün seçilib.
Sədr əlavə edib ki, İran və Azərbaycan arasında sənaye parkının yaradılması və hər iki ölkənin dəmir yolunun birləşməsi Ərdəbili dalandan çıxaracaq:
"Bu iki layihənin reallaşması ilə İran və Azərbaycanın iqtisadi və ticarət münasibətləri inkişaf edəcək".
İran və Azərbaycan arasında dəmir yolunun çəkilməsinə münasibət bildirən palata rəsmisi deyib ki, bu layihə üzrə ilk razılaşma əldə olunub.
Milli.Az /news.milli.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı