Ərdoğan: "Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir" - VİDEO

Ərdoğan: "Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir" - VİDEOƏrdoğan: "Artıq Dağlıq Qarabağ səmasını bez parçaları deyil, hilal və ulduz bəzəyir" - VİDEO
"Dağlıq Qarabağ məsələsində millətimizə yaraşan xarakter ortaya qoyduq. Ermənilər Azərbaycan torpaqlarına hücum etdikləri zaman bütün qəlbimiz və imkanlarımızla qardaşlarımızın köməyinə qaçdıq".
"Haber Global"ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Ortaq tarix, mədəniyyət, inanc və dil birliyimiz nəyi tələb edirdisə, onu da edərək, Dağlıq Qarabağ və işğal altındakı digər Azərbaycan torpaqlarının azadlığa qovuşmasına töhfə verdik.
Dağlıq Qarabağdakı mövqeyi ilə Türkiyə, eyni zamanda, CHP-nin Boraltan faciəsində millətimizə yaşatdığı xəcalətdən qurtuldu. Azərbaycanlı qardaşlarımızın mübarizələri nəticəsində, həmd olsun, bu gün Qarabağ səmasını artıq bez parçaları deyil, hilal və ulduz bəzəyir.
Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlığının timsalı kimi qürurla Dağlıq Qarabağda dalğalanır. İnşallah, Naxçıvanla Azərbaycan arasında əlaqəni təmin edəcək dəhlizin açılması ilə artıq qardaşlarımızla birbaşa quru əlaqəsinə də sahib olacağıq.
30 illik işğaldan sonra Azərbaycan öz torpaqlarına qovuşmağın haqlı sevincini yaşayır. Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana anasının ağ südü kimi halaldır.
Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan heç kimin torpağına əl uzatmayıb, heç kimə hücum etməyib, BMT və ATƏT qərarlarına baxmayaraq, 30 il işğalda saxlanılan torpaqlarını azad edib.
Bunu da ermənilər kimi dinc əhali və məskunlaşma ərazilərini hədəf alaraq deyil, hüquq çərçivəsində qalaraq yerinə yetirib. Belə olan halda Minsk qrupunun həmsədri Fransanın parlamentində qəbul edilən qalmaqaldan əlavə tam bir fəlakətdir.
Qardaşım İlham Əliyevin dediyi kimi, Fransa əgər erməniləri bu qədər çox sevirsə, öz torpaqlarından Marseli onlara verə bilər. Ancaq heç bir dövlətin digərinin suveren hüquqlarına bu şəkildə alçaqcasına hücum etmək haqqı yoxdur.
Suriyadan Liviyaya qədər hər yerdə bənzər yanaşma göstərən Fransa bu qərarı ilə artıq həllin deyil, problemin bir parçası olduğunu, heç bir yerdə obyektiv yanaşma ilə fəaliyyət göstərə bilməyəcəyini sübuta yetirib", - deyə R.Ərdoğan bildirib.

/oxu.az

Siyasi       Tarix: 05 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az cəbhədən son vəziyyət qarabag xeberler bu qun