Ərdoğan: 'Azərbaycan COVID-19 ilə mübarizədə digər ölkələrə yardım əlini uzadıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VIII Qlobal Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Azxeber.com xəbər verir ki, müraciəti Türkiyənin sabiq baş naziri Binəli Yıldırım səsləndirib.
Onun sözlərinə görə, bu forum il yarım ərzində insanların həyatını zəhərləmiş pandemiyanın fəsadları ilə mübarizədə vacib addımdır.
"Hər birimiz pandemiyanın mümkün qədər tez başa çatmasını arzu edirik. Bu baxımdan, hazırkı forum xüsusi əhəmiyyət kəsb edir", – müraciətdə deyilir.
"Təəssüf ki, xüsusilə də ÜST heç də bütün məqsədlərə çata bilməyib. Bəzi ölkələr pandemiya ilə mübarizə aparmaqla məşğul olduqları bir zamanda Azərbaycan kimi ölkələr digər ölkələrə yardım əlini uzadır. Əlbəttə ki, bütün ölkələrin pandemiya ilə mübarizədə bərabər imkanlara malik olmasını istərdik, lakin bir sıra ölkələr bu baxımdan geri qalır", - müraciətdə diqqətə çatdırılır.
Türkiyə Prezidenti pandemiyanın ölkələrin iqtisadiyyatına güclü təsir göstərdiyini də vurğulayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı