Ərdoğan Əli Əsədovla videobağlantıda: "Sizin zəfərinizlə çox xoşbəxt olduq" - VİDEO
Ərdoğan Əli Əsədovla videobağlantıda: "Sizin zəfərinizlə çox xoşbəxt olduq" - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında videobağlantı vasitəsilə görüş keçirilib.
Görüş Ankarada və Bakıda keçirilən birgə ağacəkmə mərasimi çərçivəsində baş tutub.
Bu barədə məlumat Türkiyə prezidentinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.
Video bağlantı əsnasında Türkiyə Prezidenti Azərbaycanı Qarabağda qazandığı qələbə münasibətilə təbrik edib. O qeyd edib ki, Türkiyə Azərbaycanın qazandığı zəfərə görə çox xoşbəxtdir.
Baş nazir Əli Əsədov isə qardaş türk xalqının və onun siyasi rəhbərliyinin müharibə müddəti ərzində Azərbaycana göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.
Bakıda keçirilən mərasimdə iştirak edən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da video bağlantıya qoşularaq bildirib ki, Türkiyə Prezidentinin tapşırıqları əsasında qardaş Azərbaycanın zəfər coşqusunu paylaşmaq, masa üzərində olan məsələlərə dəstək vermək və birgə koordinasiya etmək üçün Bakıdadır. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."