Ərdoğan: "Fransa Ermənistanı aldadır, İrəvan təxribatlara getməməlidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistanı aldatdığını deyərək rəsmi İrəvanı təxribatlara getməməyə çağırıb.
Dövlət başçısı Yunanıstandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında rəsmi Parisin Ermənistanı təhrik etdiyini deyib:
"Fransa daha əvvəl də Ermənistana dəfələrlə dəstək verib. Amma heç bir nəticəsi olmayıb. Hətta Fransa ATƏT-in keçmiş Minsk Qrupunun həmsədri kimi də nəyəsə nail ola bilməyib. İndi isə yenidən Ermənistanı təhrik edir. Zirehli texnikalar versə nə olacaq ki?! Bunun da nəticəsi olmayacaq. Çünki artıq öz torpaqlarını işğaldan azad etmiş Azərbaycan var. Daha əvvəl Ermənistana göndərilən tanklar, toplar, tüfənglər Azərbaycanın əlinə keçib. Fransa Ermənistanı aldadır".
Türkiyə lideri bildirib ki, Ermənistan hakimiyyəti yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmalıdır: "Ermənistan təxribatlara getməməlidir. Sülh imkanlarını dəyərləndirməsi və bəzi ölkələrin tələsinə düşməməsi İrəvanın xeyrinə olar. Azərbaycanla sülh Ermənistan üçün ən yaxşı yoldur. Əllərinə silah verənlər Ermənistanı tək qoyacaqlar".
///report

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi