Ərdoğan: 'Türkiyə birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

Ərdoğan: 'Türkiyə birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir"Münaqişələr nə qədər uzun olsa, müharibə hər iki tərəf üçün o qədər dağıdıcı olur. Türkiyə 2014-cü ildən bu günə kimi birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Rusiya və Ukrayna arasındakı müharibənin qısa zamanda dayandırılması üçün hər iki ölkənin lideri ilə əlaqə saxlayırıq. Bundan sonra da Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarımızı davam etdirəcəyik. Bütün səylərimiz sülh atmosferi yaratmaq üçün bu iki lideri bir araya gətirməkdən ibarətdir".
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra deyib.
"Hər iki liderlə təmaslarımız davam edəcək. Bizim siyasətimiz həmişə sülh siyasəti olub. Danışıqları asanlaşdırmaq üçün bir çox addımlar atmışıq. Bu prosesdə konstruktivliyə diqqət yetiririk. Ukraynanın suverenliyi və müstəqilliyi əsas prioritet olmalıdır. Danışıqlarda bəzi irəliləyişlərin əldə olunmasına ehtiyatla yanaşırıq", - Ərdoğan deyib.
Türkiyə Ukrayna ilə Rusiya arasında sülhün bərqərar olacağına ümid edir.
"Montrö Konvensiyasının ölkəmizə verdiyi səlahiyyətlərdən Qara dənizdəki gərginliyi azaltmaq üçün istifadə edirik. Biz 63 mindən çox insanın, o cümlədən ukraynalıların münaqişə zonasını tərk etməsinə kömək etdik. Türkiyəyə daxil olan ukraynalıların sayı 60 min nəfərə çatıb", - Ərdoğan əlavə edib.
Türkiyə lideri deyib ki, NATO Ukraynaya dəstək üçün real addımlar atmalıdır. Onun sözlərinə görə, NATO-nun yenidən birlik mesajı verməsi əlamətdardır.
///Report

Siyasi       Tarix: 25 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan bu gune olan xeberler son xeberler bugun xeber.az bu gun