Ərdoğan və Putin Astana görüşündə qaz qovşağı ideyasını müzakirə edəcəklər
Rusiya Prezidenti Vladimir Putinin təbii qaz tranzitinin "Şimal axını"ndan Qara dənizə köçürülməsinin mümkünlüyü ilə bağlı ideyası Astanada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə müzakirə olunacaq.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Putin Rusiya Enerji Həftəsi forumunda deyib ki, Rusiya qaz tranzitini "Şimal axını"ndan Qara dəniz regionuna və Türkiyəyə köçürə bilər.
Rusiya liderinin təklifini şərh edən Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, bunun həyata keçirilməsi texniki cəhətdən mümkündür və ətraflı öyrənilməlidir.
"Bu ideya çox güman ki, liderlərin cümə axşamı keçiriləcək görüşündə müzakirə olunacaq mövzulardan olacaq", - telekanal xəbər verir.
Qeyd edək ki, Rusiyadan Türkiyəyə təbii qaz "Mavi axın" və "Türk axını" dəniz qaz kəmərləri ilə ixrac edilir.
Hazırda Rusiya Avropa İttifaqına yalnız Ukrayna vasitəsilə gündəlik, təqribən, 42 milyon kubmetr qaz, eləcə də "Türk axını"nın bir xətti ilə gündəlik, təxminən, 45 milyon kubmetr qaz ötürür. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü