Ərdoğan və Putin RAZILAŞDI: Afrikaya pulsuz taxıl göndəriləcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı Afrikaya taxılın pulsuz tədarükü barədə razılaşıb.
KONKRET.az"Kommersant"a istinadən xəbər verir ki, dünən Türkiyə Prezidenti yenilənmiş taxıl müqaviləsi çərçivəsində ilk partiyanın Somali, Sudan və Cibutiyə göndərildiyini bildirib.
"Putinlə danışıqlarımız zamanı ehtiyacı olan ölkələrə pulsuz taxıl göndərməyə razılaşdıq. Afrika Qara dəniz taxıl dəhlizindən faydalanmalıdır. Biz taxıl daşıyan quru yük gəmilərinin hazırda ciddi ərzaq böhranı və aclıqdan əziyyət çəkən ölkələrə çatmasını təmin edəcəyik", – Ərdoğan deyib.
Onun sözlərinə görə, bu məsələ BMT baş katibi Antonio Quterreşlə görüşdə də müzakirə olunub. Türkiyə Prezidenti bildirib ki, noyabrın 13-14-də Balidə keçiriləcək G20 sammitində Afrikaya tədarüklə bağlı məsələ müzakirə olunacaq.
Qeyd edək ki, Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra Rusiya noyabrın 2-də sazişdə iştirakını bərpa etməyə razılaşıb.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü