Ərdoğandan İsrailə: "Qəzza qatillərinin iftirasına yer yoxdur!"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail hökumətinin qondarma "erməni soyqırımı"nı tanıması barədə qərarına sərt reaksiya verib.
KONKRET.azxəbər verir ki, Ərdoğan bu addımı Türkiyəyə qarşı atılmış iftira adlandırıb. Prezident bəyan edib ki, Qəzzada böyük əksəriyyəti qadın və uşaq olmaqla 73 min günahsız insanın qanına əlləri batmış cinayətkar şəbəkənin ölkəsinə qarşı irəli sürdüyü iddiaların heç bir dəyəri yoxdur.
Ərdoğan vurğulayıb ki, Türkiyənin min illik şərəfli tarixində nə soyqırım, nə kütləvi qırğın, nə zülm, nə də müstəmləkəçilik olmayıb: "Tariximiz boyu yalnız ədalət və mərhəmət hökm sürüb. Bizim tariximiz inkvizisiyadan və nasist təqiblərindən qaçanlara sığınacaq vermək kimi fəzilətlərlə doludur".
Türkiyə lideri qeyd edib ki, Qəzzada törətdikləri vəhşilikdən diqqəti yayındırmaq üçün Türkiyəyə və türk millətinə iftira atanlar, əslində, öz tarixlərinə nəzər salsalar, həqiqəti daha yaxşı görərlər.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK