Ərdoğanı heyrətləndirən o "əjdaha"dan Türkiyədə niyə yoxdur? – Qəribə səbəb

Ərdoğanı heyrətləndirən o Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarının söndürülməsində mühüm rol oynayan və Azərbaycandan qardaş ölkəyə dəstək məqsədilə gedən "BE-200ÇS" amfibiya təyyarəsi maraqla qarşılanıb. Yüksək hərbi və mülki texnologiyalara malik olan Türkiyədə belə bir təyyarənin olmaması diqqət çəkir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın minnətdarlıqla adını çəkdiyi "BE-200ÇS" amfibiya təyyarəsindən niyə qardaş ölkədə yoxdur?
KONKRET.az xəbər verir ki,mövzunu şərh edən hərbi ekspert Telman Qasımov deyib ki, bəzən geniş hərbi sənayesi olan böyük bir dövlət ağır texnikalar, PUA-lar istehsal etsə də, nədənsə amfibiya təyyarəsi istehsal etmir:
"İstehsal etməsi bir kənara, heç başqa ölkədən də almır. Son illər Türkiyədə Yunanıstanla sərhəddə olan meşələrdə güclü yanğınlar baş verir. Qardaş ölkə hər il baş verən yanğınları nəzərə alıb, indidən gələn il üçün tədbirlər görməlidir".
T.Qasımov deyib ki, Türkiyə istəsə, həmin təyyarələrin mütəxəssislərini ölkəyə gətirib, istehsal da etdirə bilərlər:
"Hətta istehsal edib, xarici ölkələrə də satar. Yanğın təkcə Türkiyədə deyil. Ona görə də qardaş ölkə həmin təyyarədən istehsal edə bilər. Görünür, daxildə başqa məsələ var. Türkiyənin düşməni çoxdur. Bundan sonra hansı təxribatların törədiləcəyini bilmirik. Təbii ki, qardaş ölkə olaraq hər an Türkiyənin yanındayıq".
Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauzun Türkiyənin 783 min kvadrat kilometrdən çox ərazidə yerləşən ölkə olduğunu qeyd edib. Onun sözlərinə görə, bəzi bölgələrdə sıx meşə örtüyü var:
"Ona görə də yay aylarında tez-tez meşə yanğınları olur. Son günlərdə meydana gələn yanğınların isə üç əsas səbəbi var. Birincisi, iqlim şərtləridir. Yəni isti havanın mövsüm normasından çox yuxarı olmasından yanğınlar baş verir. İkincisi, piknik sahələrində ocaq qalayan insanların diqqətsizliyi və cahilliyi, qadağalara əməl etməməsi. Üçüncüsü isə terror təşkilatlarının törətdiyi cinayətlərdir. Terror təşkilatları ölkəmizin imicinə, iqtisadiyyatına, turizmin inkişafına zərbə vurmaq üçün düşmənçilik məqsədilə belə addımlar atırlar. Son 15 gündə ölkəmizdə 500 meşə yanğını olub. Cənab Ərdoğan da dünən Bitlis vilayətinin Ahlat rayonunda keçirilən Nazirlər Kabinetinin toplantısında çıxışı zamanı bunları qeyd etdi".
Y.Karauz deyib ki, baş verən yanğınların bəzilərinin vurduğu zərər böyükdür, ancaq söndürülən və qabaqlayıcı tədbirlərin görüldüyü ərazilər də az deyil:
"Yuxarıda qeyd etdiyim kimi, 783 min kvadrat km ərazidə qısa müddətdə bu qədər yanğının baş vermə ehtimalına qarşı tədbirlər görmək, helikopter, təyyarə və s. almaq külli miqdarda vəsait tələb edən və çətin işdir. Ancaq illər keçdikcə görülən əlavə tədbirlərin də sayı artır. Digər tərəfdən, Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) personalının gördüyü təlim və diqqəti ilə də əlaqədardır. Bütün hallarda yanğınla mübarizəmiz mütəmadi şəkildə davam edir və əlavə tədbirlər görülür, cəzalar sərtləşdirilir.
Eyni zamanda son yanğınlarda cənab İlham Əliyevin "BE-200ÇS" amfibiya tipli təyyarəni ölkəmizə dəstək üçün göndərməsi xalqımızın ürəyini növbəti dəfə fəth edən, qardaşlığımızı bariz şəkildə dünyaya nümayiş etdirən addımdır".
Fövqaladə Hallar Nazirliyindən (FHN) "BE-200ÇS" amfibiya təyyarəsi ilə bağlı Globalinfo-ya məlumat verilib.
Həmin məlumatı təqdim edirik:
"BE-200ÇS" amfibiya təyyarəsi Rusiya Federasiyasının "Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi"ndə istehsal olunub. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən bu təyyarə 2008-ci ildə alınıb. Əsas istismar sahələri: irimiqyaslı yanğınların söndürülməsi (aerodrom şəraitində və ya su hövzələrindən suyun götürülməsi ilə), axtarış-xilasetmə işlərinin aparılması, şəxsi heyətin və yüklərin daşınması.
Texniki göstəriciləri:
– Maksimal su götürmə qabiliyyəti 12 ton (su hövzəsindən 18-20 saniyə müddətinə);
– Salonda maksimal yük götürmə qabiliyyəti 5 ton;
– Maksimal uçuş hündürlüyü 8000 metr;
– Maksimal uçuş sürəti (cihaz ilə) 530 km/saat.
/Globalinfo.az

Siyasi       Tarix: 27 avqust 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber 2026 sou biznes xeber.az 2026 xeber.az bu gun