Ərdoğanın yunan baş nazirlə görüşündə diqqətçəkən detal - Kritik mesaj

Ərdoğanın yunan baş nazirlə görüşündə diqqətçəkən detal - Kritik mesajTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Yunanıstan Baş naziri Kiryakos Mitsotakislə görüşüb.
KONKRET.az xəbər verir ki, Ərdoğan və Miçotakis arasında ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə edildiyi görüş Yunanıstan mətbuatı tərəfindən də işıqlandırılıb.
"İefimerida"nın xəbərində təxminən iki saat davam edən görüşdə Ərdoğanın baş naziri xoş atmosferdə qarşıladığı və iki liderin kameralar qarşısında qısa dialoq apardığı qeyd edilib.
Ərdoğan və Mitsotakisin qalstuk taxmadığına diqqət çəkilərək bunun daha ​anlamlı dialoqun əlaməti ola biləcəyi deyilib. Son 3 ildə dördüncü dəfə görüşən Ərdoğan və Mitsotakis arasındakı son təmasın Rusiya-Ukrayna müharibəsinin getdiyi vaxtda çox vacib olduğu vurğulanıb.
"Kathimerini" qəzeti də Ərdoğanla Miçotakis arasındakı görüşün müsbət keçdiyini yazıb:
"Təbii ki, açıq ünsiyyət kanallarının olması faydalıdır. Ortaya çıxacaq fayda təkcə iki ölkə ilə məhdudlaşmır, Şərqi Aralıq dənizinin bütün bölgəsini əhatə edir. Türkiyə və Yunanıstan arasında bəzi fikir ayrılıqlarına baxmayaraq, ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün bir çox istiqamətlər var".
"Proto Thema" qəzeti Mitsotakisin Ərdoğanla görüşünün iki ölkə arasında yeni başlanğıc nöqtəsi olduğunu və ikitərəfli ticarətdə 10 milyard dollarlıq hədəfin olduğunu qeyd edib:
"Vəhdəddin köşkündə müsbət ab-hava ilk andan görünürdü. Mitsotakis iki liderin diplomatik nümayəndəlikləri tərəfindən diqqətlə planlaşdırılan görüşə tam vaxtında gəldi".
"Ta Nea" qəzeti Boğaziçi mənzərəli görüşün sərt protokol qaydalarından uzaq olduğunu və bunun iki ölkə arasında buzları əritdiyini bildirib:
"Hər iki tərəfin çatdırmaq istədiyi mesaj aydındır: NATO müttəfiqləri kimi danışdılar. Onları ayıran məqamlara deyil, onları birləşdirən məqamlara diqqət yetirdilər. Həm Yunanıstan baş naziri, həm də Türkiyə prezidenti fərqli ab-hava yaratdı".
"Greek City Times"a görə, Türkiyə və Yunanıstan Rusiya-Ukrayna müharibəsi fonunda Şərqi Aralıq dənizi və ikitərəfli münasibətlərdə gərginliyi azaltmaq istəyir.
Qeyd edilib ki, Ərdoğan və Miçotakis çox mehriban şəraitdə görüşüb və bütün səviyyələrdə ünsiyyəti yaxşılaşdırmaq barədə razılığa gəliblər. Məlumata görə, Yunanıstan və Türkiyə arasında etimad quruculuğu tədbirləri toplantısının və 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının gələn ilin payızında Yunanıstanda keçirilməsi razılaşdırılıb. Teleqraf.com

Siyasi       Tarix: 15 mart 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli xeberler az butun xeberler cəbhədən ən son xəbərlər