Ərdoğanın Zəngilan Hava Limanının açılışında iştirakı dünyaya verilən bir mesajdır

Ərdoğanın Zəngilan Hava Limanının açılışında iştirakı dünyaya verilən bir mesajdırXəbər verdiyimiz kimi, dünən Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub.
Açılışda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Bəs Ərdoğanın bu səfəri regiondakı digər ölkələrə hansı mesajı verir? Həmçinin bu səfər İranın Araz çayı sahillərində keçirdiyi təlimlərə cavabdırmı?
Məsələ ilə bağlı Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev azxeber.com-a danışıb.
Ərdoğanın Zəngilan Hava Limanının açılışında iştirakı dünyaya verilən bir mesajdırDeputat bildirib ki, Zəngilan Hava Limanının açılışı dünya dövlətlərinə bir mesajdır:
"Zəngilan Hava Limanının açılışı Cənab Prezident İlham Əliyevin və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarələrinin həmin hava limanına enməsi və orada bu təntənəli açılış nəinki qonşu ölkələrə, həm də dünyaya göndərilən bir mesajdır. Birinci növbədə bu proses sülhü yaxınlaşdırır. Bir çox ölkələrə, o cümlədən Ermənistana, Rusiyaya, İrana konkret, aydın cavablar verir. Qarabağda yaşayan ermənilərin isə ümidlərini qırır. Onları reallıq görməyə vadar edir. Çünki Azərbaycan dönməzdir. Azərbaycan nəinki Qarabağın Azərbaycana məxsus olduğunu sübut edib, həm də Zəngəzur dediyimiz dəhlizin də açılmasına nail olacaq. Bu gün Zəngilan Hava Limanının açılması və onun nəqliyyat-logistik hava çevrilməsi ilə bağlı verilən mesajlar məhz Zəngəzur dəhlizinin baş tutacağına bir işarədir". 
Millət vəkili qeyd edib ki, yeni hava limanı Ermənistanın və İranın da maraqlarına cavab verən bir layihədir:
"Əlavə olaraq, bu fikirlərin cənab Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilməsi həm də İranın bizim sərhədlərimizdə keçirdiyi hərbi təlimlərə bir cavabdır. İran hərbi təlimlərdə körpülərdən tank keçirib, PUA-lar uçurur, xüsusi təyinatlıları həmin əraziyə yığır. Bu, o mesaj idi ki, biz Zəngilan Hava Limanının açılmasına razı deyilik. Azərbaycan isə hava limanını açdı, cənab Ərdoğan həmin hava limanına gəldi və bu da o deməkdir ki, Zəngilan Hava Limanı işləyəcək. Zəngəzur dəhlizi də açılacaq.  Bu həm də bütün qonşu ölkələrin Ermənistanın və İranın da maraqlarına cavab verən bir layihədir. Biz bu layihə ilə heç də İranın maraqlarına ziyan vurmaq istəmirik, vurmuruq da. Bu layihə bütün ölkələr üçün açıqdır və bu bərabərhüquqlu iştirak üçün heç bir əngəl yoxdur. 
Ərdoğanın Zəngilana səfər etməsi ilə bağlı deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da azxeber.com-a öz fikirləri deyib:
Ərdoğanın Zəngilan Hava Limanının açılışında iştirakı dünyaya verilən bir mesajdırDeputat hava limanının istifadəyə verilməsinin birbaşa Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olmasından irəli gəldiyini bildirib:
"Zəngilan Hava Limanının açılması müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Bu hava limanının açılması olduqca strateji əhəmiyyət kəsb edir. Hava limanının açılışında Cənab Prezident İlham Əliyevlə bərabər Cənab Rəcəb Tayyib Ərdoğan da iştirakı bu hadisənin dəyərini və səviyyəsini xeyli dərəcədə yüksəldir. Bu, bir daha sübut etdi ki, Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir və Azərbaycanda dövlətçiliyimizlə və milli maraqlarımızın reallaşması ilə bağlı bütün tədbirlərdə Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti ilə yanaşı durur və iştirak edir. Özünün fikirlərini, ciddi bəyanatlarını böyük coşqu ilə ifadə edir. Bu, dövlətçiliyimiz üçün son dərəcə önəmlidir.
Fəzail Ağamalı onu da əlavə edib ki, Fransa və İran Ərdoğanın bu səfərindən nəticə çıxarmalıdır:
"Heç şübhəsiz ki, Fransanın prezidenti Emmanuel Makronun Azərbaycana qarşı dediyi sərsəm fikirləri unutmamışıq. Avropanın Azərbaycanla Ermənistanın sərhədinə müşahidəçiləri göndərdiyi durumda, eyni zamanda İranın heç bir ehtiyacı olmadan sərhəd boyunda təlimlər keçirərək bizə güc nümayiş etdirdiyi bir anormal vəziyyətdə Ərdoğanın açılışda iştirak etməsi, hətta dediyi sözlərdən başqa, sadəcə görüntüsü kifayət edir ki, həm Fransa, həm də İran molla-fars rejimi özü üçün nəticə çıxarsın. Bu o deməkdir ki, Azərbaycana qarşı hər hansı bir təhdid olarsa, dövlətçiliyimiz və ərazi bütövlüyümüz üçün təhlükə yaranarsa, şübhəsiz ki, qardaş Türkiyə bizim yanımızda olacaqdır. Bu, Ərdoğanın dünyaya növbəti mesajıdır. Mən əminəm ki, şübhəsiz, növbəti ciddi xarakter daşıyan mühüm hadisələrin başlanğıcında olmasında, bundan sonra da çox sevdiyimiz Türkiyənin prezidenti olacaqdır. 
Deputat sonda bildirib ki, o, Ərdoğanın növbəti dəfə prezident seçilməsinə inanır:
"Əminəm ki, qardaş türk xalqı 2023-cü ildə keçiriləcək prezident seçkilərində bir daha dünya çaplı, bütün türk dünyasının birləşdirilməsində, vahid bir ittifaqın yaranmasında son dərəcə ciddi rolu olan, ölkə prezidenti Cənab İlham Əliyevlə bərabər addımlayan, Türkiyə dövlətini bu gün dünyada söz sahibi edən Rəcəb Tayyib Ərdoğana bir daha seçiləcək və növbəti illər üçün o, Türkiyəni yüksəklərə qaldıracaq, türk dövlətlərinin ittifaqının möhkəmlənməsində misiliz töhfələrini verəcəkdir".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc edilib.
Ərdoğanın Zəngilan Hava Limanının açılışında iştirakı dünyaya verilən bir mesajdır

Siyasi       Tarix: 22 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xankendi son xeber az idman xeberleri sonxəbər