Ərdoğanla Putin Qarabağ məsələsini müzakirə etdi
Ərdoğanla Putin Qarabağ məsələsini müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə "Haber Global" məlumat yayıb.
Telefon söhbətində liderlər Türkiyə-Rusiya münasibətləri ilə yanaşı, Dağlıq Qarabağ və Suriya məsələlərini müzakirə ediblər.
Ərdoğan telefon danışığı zamanı Dağlıq Qarabağ mövzusunda ötən gecə davamlı həllə gedən yolda düzgün bir addım atıldığını vurğulayıb.
Türkiyə və Rusiyanın birlikdə böyük töhfə verdiyi bu önəmli fürsətin hədər edilmədən ədalətli və davamlı sülhlə bölgədə əmin-amanlığın təmin edilməsi üçün istifadəsinin vacibliyini vurğulayan Prezident Ərdoğan mövcud vəziyyətdə ən vacib məqamın Ermənistanın atəşkəsə və birgə bəyanatda göstərilən öhdəliklərə əməl etməsinin olduğunu bildirib.
R.T. Ərdoğan qeyd edib ki, Türkiyə də Ermənistanın işğalından azad edilmiş torpaqlarda Azərbaycan tərəfindən müəyyən ediləcək ərazidə yaradılacaq Ortaq Mərkəz vasitəsilə Rusiya ilə birlikdə atəşkəs üçün müşahidə və nəzarət fəaliyyəti icra edəcək. Türkiyə lideri bu baxımdan Rusiya tərəfinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Türkiyə Prezidenti R.T.Ərdoğan Ermənistanın işğalı səbəbilə Qarabağı tərk etməyə məcbur qalan azərbaycanlıların evlərinə qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhliz açılmasının vacibliyini xüsusi vurğulayıb.
Dağlıq Qarabağın regional münaqişə və böhranların həllində Türkiyə-Rusiya əməkdaşlığının önəmini göstərdiyini bildirən R.T.Ərdoğan eyni əməkdaşlıq ruhunun Suriya böhranı üçün də təşkilinin vacib olduğunu və burada da bənzər bir mexanizm qura biləcəklərini qeyd edib. /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."