Ərəb jurnalist Qarabağdakı quruculuq işlərindən YAZDI
Azərbaycanda səfərdə olan iordaniyalı jurnalist Ayman əl-Fariz Misirin "Əl ğad" nəşrində Qarabağda aparılan irimiqyaslı quruculuq işləri haqqında məqalə ilə çıxış edib.
KONKRET.az xəbər verir ki, iordaniyalı jurnalist işğaldan azad edilmiş ərazilərdə nəqliyyat dəhlizlərinin Avropa və ərəb ölkələri üçün də mühüm bir qapı rolunu oynayacağını qeyd edib. O, Füzuli Beynəlxalq Hava Limanı, "Zəfər yolu" layihəsi, məcburi köçkünlərin Zəngilan rayonunun Ağalı kəndinə qayıtması və burada "Ağıllı kənd"in inşası barədə ətraflı məlumat verib.
Məqalədə qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan quruculuq işlərini dəstəkləyir, regionda dayanıqlı sülhün bərqərar olması istiqamətində səyləri alqışlayır. Azərbaycan, öz növbəsində, İslam həmrəyliyinin daha da möhkəmlənməsinə böyük töhfələr verir.
Müəllif, həmçinin azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərinin davam etdiyini, bu prosesə beynəlxalq səviyyədə dəstək göstərildiyini vurğulayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü