Ərəb turistləri Bakıda hansı ölkələrdən gələnlər əvəzləyəcəklər? - VİDEO
Ərəb turistləri Bakıda hansı ölkələrdən gələnlər əvəzləyəcəklər? - VİDEO
Bu ilin yay mövsümündə Azərbaycanda turistlərin sayında xeyli artım görünür.
Bəs turizm potensialının bərpa olduğu bu ildə ölkəmizə daha çox hansı ölkənin vətəndaşları üz tutur?
Mövzu ilə bağlı İTV-yə danışan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bu ilin altı ayında 640 min xarici vətəndaşın ölkəyə səfər etdiyini deyib:
"Ötən illə müqayisədə bu göstərici 127 faiz çoxdur. Ümumiyyətlə, 2022-ci il turizmin bərpa ili kimi hesab edilir".
K.Quluzadə pandemiya dövründə strategiyalarını dəyişdiklərini və satışdan çox təbliğatla məşğul olduqlarını qeyd edib.
Daha sonra K.Quluzadə bu il turistlərin cəlb olunması üçün təbliğatın aparıldığı ölkələrin adlarını sadalayıb.
"Bu ilin yay mövsümü üçün İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Hindistan və Pakistanda marketinq işləri aparılıb. Pandemiyanın nəticələrini və geosiyasi dəyişiklikləri nəzərə alaraq coğrafiyanı genişləndirmək qərarına gəldik. Bu il Azərbaycana gələn turistlər arasında ən çox Rusiya, İran və Türkiyə vətəndaşlarıdır. Bu ilin yeniliyi isə Səudiyyə Ərəbistanıdır. Bu da marketinq işlərinin nəticəsidir".
Daha ətraflı süjetdə:
Xidmetler [newsid: 0-123300]

Zaqatalaya güclü leysan və dolu yağıb
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu