Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq...' - Tolik Nigari müdafiə etdi

Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq...' - Tolik Nigari müdafiə etdi"Məncə, həm bir çox izləyicilər, həm də şou-biznes cameəsində olan insanlar "DreamFest"in necə keçdiyini tam anlamırlar. Bu bir festivaldır, musiqi bayramıdır. Tədbir dəniz kənarında keçirildiyinə görə, insanlar rahat geyinə bilərlər. Hətta bəzi tanınmışların komanda üzvləri şortikdə də gəlmişdilər. Buradakı geyimləri hansısa möhtəbər saray tədbiri ilə müqayisə etmək düzgün deyil — bu yay festivalıdır. İnsanlar oraya əylənmək, istirahət etmək üçün gəlirlər".
azxeber.com xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı, prodüser Tarix Əliyev deyib.
O müğənni Nigar Camalı tənqid edənlərə səslənib: 
"Nigar isə, mənim fikrimcə, Azərbaycan mədəniyyətində bir çox özünü "bir nömrə" sayan, Youtube, TikTok, Instagram izləyicilərinin sayı ilə özünü böyük sima kimi təqdim edən "bozbaş müğənnilər"dən min qat artıq müğənnidir. Onun sənətdə adı var, izi var".
Teleaparıcı Nigar Camalla Fərqanə Qasımovanın da qalmaqalına münasibət bildirib:
"Bu gün mən düşünürəm ki, Fərqanə xanım muğam sənətində öz sözünü demiş bir sənətkardır, sənətkarımızın da qızıdır.Ancaq Fərqanə xanımın bu gün qışqıra-qışqıra oxuyub, "muğam ifaçısıyam" deyib, əslində isə muğamdan bixəbər olan, mersiyə üslubunda ifalar edən müğənnilərə irad bildirməsi daha yerinə düşərdi. Toylarda yüz manat alıb, kimin isə anasına tərif oxuyan, "mənim səsim var, çünki muğam oxuyuram" deyən bəzi müğənnilərə söz deməsi daha düzgün olardı. Çünki Fərqanə xanımın sənəti buna layiqdir, irad bildirməyə haqqı çatır.
Tolik Nigarın öz hesabına irəli getdiyini də deyib: 
"Amma Nigar məncə, şou-biznesin ən parlaq simalarından biridir. Əgər onun geyimi ona yaraşıbsa və özü belə istəyibsə, biz azad ölkədə yaşayırıq, hər kəs öz seçiminə görə yaşaya bilər. Nigar heç vaxt TikTok, Instagram və Youtube vasitəsilə özünü önə çıxarmağa çalışmayıb. Əri ola-ola başqa kişilərin hesabına irəliləyən bəzi sosial media məşhurlarından tam fərqli olaraq, Nigar Azərbaycanı rəsmi olaraq Avroviziyada təmsil edib və ölkəmizə birinciliyi qazandıran ilk qadın ifaçıdır.Fikrimcə, belə bir insanı oturduğu yerdə hədəfə almaq düzgün deyil. Nigar da, Aysel də Avropa səhnəsində Azərbaycan bayrağını ucaldan sənətçilərdir. Niyə onları bu cür tənqid edirlər? Niyə bundan sonra ora muğam oxuyanları göndərmirlər? Bu gün burada haqlı olan Nigardır".

Şou Biznes       Tarix: 29 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber cəbhədən son məlumatlar xəbərlər.com krimnal xeber