Ərini söyüb işlədən arvad: bıçaqladı, 'Ay Allah, nə etdim deyib' ağladı

Ərini söyüb işlədən arvad: bıçaqladı, 'Ay Allah, nə etdim deyib' ağladıHəyat yoldaşını və onun bacısını bıçaqlamaqda ittiham olunan Şəmkir sakini, 45 yaşlı G.A.-nın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Onun əlini qana batırmasına uzun illərdən bəri səngiməyən ailədaxili narazılıq, dava-dalaş səbəb olub.
Azxeber.com virtualaz.org-a istinadən xəbərinə görə, hadisə ötən il mayın 26-da Şəmkirdə baş verib. G.A. (kişi) ailə münaqişəsi zəminində 35 yaşlı Ş.T.-ni (həyat yoldaşı) və onun bacısını bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb.
Təqsirləndirilən kişi ifadəsində qadınla 12 ildir ailə həyatı qurduqlarını, birgə nikahdan 3 övladları olduğunu deyib. Ailədə daim narazılıq, dava-dalaş hökm sürüb: "O, yaşlı anamla mübahisə edir, ev işləri görmür, məni söyürdü. Yeməyi özüm bişirir, ev işlərini də özüm görürdüm".
G.A.-nın ifadəsinə görə, hadisə baş verən gün səhər saatlarında həyat yoldaşı uşaqlarını da götürüb qonşuluqda yaşayan bacısı evinə gedib. Həmin gün özü təmizlik işləri aparıb, qabları yuyub, döşəməni silib. Bir qədər sonra arvadı əsəbi halda evə qayıdıb: "İçəri girən kimi dedi ki, qardaşın məni təhqir edir. Qardaşımı da, məni də söydü. Atamın ünvanına da söyüş işlətdi. Mübahisəmiz düşdü. Səs-küyə bacısı da gəldi. Hər ikisi yaxamdan tutub dartdılar. Artıq onun hərəkətlərindən bezmişdim. Əsəbi halda bıçağı götürüb arvadımı vurdum. Bacısı boğazımdan yapışdıqda bıçaqla onu da vurdum. Evdən çıxıb həyətə düşdüm".
Bir qədər sonra geri qayıdan kişi baldızının qarnının sarıqlı olduğunu, qan axdığını görüb. O, yalvararaq səhv etdiyini deyib və qonşuluqda yaşayan tibb bacısını çağırmağa yollanıb. Tibb bacısı gələrək bacılara ilkin tibbi yardım göstərib. Hadisə yerinə gələn polis əməkdaşları kişini polis şöbəsinə aparıblar.
Məhkəmədə G.A. törətdiyi əməldən peşman olduğunu, arvadı və baldızı ilə barışdığını deyib. Zərərçəkmiş Ş.T. ifadəsində müxtəlif səbəblərdən ailədaxili narazılıqları olduğunu deyib. Hadisədən üç gün əvvəl isə onların heyvanlarının içərisinə bir ədəd qaz cücəsi qarışdığını bildirib.
"Qaynım arvadı qaz cücəsinin onların olduğunu deyib gəlib apardı. Daha sonra qonşumuz gəldi ki, bəs cücə onundur. Buna görə qaynımın evinə getdim. O, qolumdan yapışıb "düşmən, qapıma nəyə gəlmisən?" deyib məni dəmir hasara vurdu. Dedim, köpəyoğlu məni niyə döyürsən? Sonra da ağlaya-ağlaya evə gəldim. Ərimə dedim ki, sən necə kişisən, mənə yiyə çıxmırsan, qardaşın 12 ildir məni döyür. O, "bezmişəm, nə qədər dava-dalaş olar, məni boğaza yığmısınız" deyib üstümə gəldi. Bacım araya girdi, dedi ki, vurma, üç balası var, yazıqdır. G.A. əsəbi idi deyə bacıma qulaq asmadı", - həyat yoldaşı baş verənlər haqda bunları deyib.
Ş.T. deyir ki, əri onu və bacısını bıçaqla vurandan sonra "ay Allah, mən nə etdim" deyərək ağlayıb. Üzünü qonşuluqda yaşayan qardaşının evinə sarı tutub "niyə mənim evimə qan saldınız" deyib.
Zərərçəkmiş əri ilə barışdığını, uşaqlarını saxlamaqda çətinlik çəkdiyini, ondan şikayətçi olmadığını deyib. Digər zərərçəkmiş də G.A.-dan şikayətçi olmadığını bildirib.
Məhkəmənin hökmü ilə G.A.1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 16 yanvar 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər sonxeberler hava haqqinda apa.az xeberler