Erkən nikahların qarşısını niyə ala bilmirik? - Hansı tədbirlər görülməlidir?

Erkən nikahların qarşısını niyə ala bilmirik? - Hansı tədbirlər görülməlidir?"13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlandı", 13 yaşlı qız ailə qurmaq üçün evdən qaçdı", "Daha bir azyaşlının toyunun qarşısı alındı". 
Son zamanlar bu cür xəbərlərlə tez-tez qarşılaşırıq. Qızların təhsildən uzaqlaşdırılaraq erkən nigaha cəlb olunması hallarının artması, bunda kimin günahkar olduğu da cəmiyyətdə müzakirələrə səbəb olur. Bəziləri günahı ailədə, bəziləri isə maarifləndirmənin az olduğunda görür. 
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən edilmişdir. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər.
Bəs erkən nikahların qarşısını necə almaq üçün nə etmək lazımdır? 
azxeber.com bu mövzu ilə bağlı kiçik araşdırma aparıb. 
Erkən nikahların qarşısını niyə ala bilmirik? - Hansı tədbirlər görülməlidir?Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova azxeber.com-a açqlamasında Azərbaycanda erkən nikah hallarının qalmaqda olduğunu bildirib:
"Erkən nikah, qızların təhsildən yayınması dünyanı narahat edən problemlərdəndir. Valideynlər qızları erkən ailə qurmağa məcbur etməklə onları yaxşı həyatla təmin etmiş olduqlarını düşünürlər. Ancaq bunun ağır nəticələrini görürük. Ölkəmizdə bu istiqamətdə bir çox işlər aparılır. Erkən nikaha qarşı çıxmağa çağırışlar edilir. Ancaq insanlar özləri də erkən nikaha qarşı çıxmalıdırlar".
Erkən nikahların qarşısını niyə ala bilmirik? - Hansı tədbirlər görülməlidir?Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun azxeber.com-a bildirib ki, qadın təşkilatlarının erkən nikah məsələlərinə əhəmiyyət vermədiyini düşünmək doğru deyil:
"Deyirlər ki, qadın təşkilatları bu məsələlərə fikir vermir. Ancaq elə deyil. Bir-iki il öncə Salyanda eyni hadisə olmuşdu. Onun qarşı alındı. Erkən nikahla bağlı qanun var. Azərbaycan qanunvericiliyinə görə 18 yaşına çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Qanun var və buna icazə vermir. Lakin qanunun icrası yoxdur. İcra hakimiyyəti, polis, kəbin kəsən molla bunların hamısının o məsələdə səlahiyyətləri varki, belə hadislərin qarşısını alsınlar. Onlar məsuliyyət daşıyırlar. Bu məsələnin həll edilməsi təkcə qadın təşkilatlarının məsələsi deyil. Bunların hamısı cəzalandırılmalıdır ki, erkən nikahların qarşısını almaq mümkün olsun.
O bildirib ki, belə hallar gördükdə hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır:
"Bu kimi hallara rast gəldikdə ailə komitəsinə, hüquq mühafizə orqanlarına məlumat vermək lazımdır. Biz rayonlarda nələrin baş verdiyini görə bilmirik. Ancaq bu hadisələrə şahid olanlar qanunla cavabdehdirlər. Necə bu məsələni görməzdən gəliblər?  Sözsüz ki, biz də qadın cəmiyyəti olaraq bu məsələlərə qarışıb, öz mövqeyinizi göstəririk. Ancaq ən birinci icra hakimiyyəti, polis, bələdiyyə ailə ilə birlikdə belə problemləri həll etməlidir. Erkən nikahların qarşısını almağın digər yolu qızların təhsil almasına şərait yaratmaqdadır".
Erkən nikahların qarşısını niyə ala bilmirik? - Hansı tədbirlər görülməlidir?"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova da qeyd edib ki, cəzalandırma olmadıqca təşkilatların erkən nikaha qarşı apardığı mübarizənin effektivliyi olmayacaq:
"Mütəmadi olaraq müxtəlif bölgələrdən erkən nikahlarla bağlı məlumatlar gəlir. 18 yaşı tamam olmadan həyata keçirilən evliliklər qanunla qadağandır. Lakin görürük ki, qanun pozulur. Düşünürəm ki, valideynlər məsuliyyətə cəlb edilməlidir. Hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Nə qədər maarifləndirici tədbirlər, keçirilsə də, qanun pozanlar cinayət məsuliyyətinə cəlb edilmirsə, bunun qarşısını almaq mümkün olmayacaq".
Şəbnəm Zahir
Yazı Medianın İnkişafı Agentliyinin "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc edilib. 
Erkən nikahların qarşısını niyə ala bilmirik? - Hansı tədbirlər görülməlidir?

Sosial       Tarix: 23 may 2023
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler son xeberler azerbaycan xəbərlər kriminal xeber