Erkən yaşlanmaya səbəb olan məhsullar açıqlandı
Erkən yaşlanmaya səbəb olan məhsullar açıqlandı
Britaniyalı alim, professor Devid Qan bildirir ki, şəkərin həddindən artıq istehlakı qocalmanın sürətlənməsinə səbəb olur.
Tədqiqatçı altı yüz nəfər üzərində araşdırma aparıb və onların qanında şəkərin səviyyəsini ölçüb. Məlum olub ki, şəkər səviyyəsi ən aşağı olan insanların dərisi daha gənc görünür və əksinə.
Alim qeyd edir ki, şəkər qan damarlarını zədələyir. Ancaq bu məhsulun bədənə mənfi təsiri bununla bitmir.
"Sərbəst radikalların istehsalı qocalmanın "əsas günahkarıdır". Antioksidantların müdaxiləsi olmadan hüceyrələr kütləvi halda ölməyə başlayır. Nəticədə dəri quruyur, incə qırışlar yaranır və heç bir qulluq vasitəsi onların öhdəsindən gələ bilmir. Zamanla dəri öz yumşaqlığını və elastikliyini itirir, qırışlar dərinləşir", -deyə professor bildirib.
Eyni zamanda, alim qeyd edir ki, şəkərdən tamamilə imtina etmək də düzgün deyil. Sadəcə olaraq bəzi məhsulların istehlakını azaltmaq, tərkibində təbii şəkər olan meyvə və bu kimi məhsullara üstünlük vermək lazımdır.
"Kola, dondurma, makaron və digər un məmulatlarını mümkün qədər az yeyin. Həmçinin sendviç, peçenye, pirojna, hisə verilmiş və qızardılmış qidalardakı trans yağ turşularının qəbulunu mümkün qədər azaldın", - deyə Devid Qan tövsiyə edib. /oxu.az

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü