Erməni azlıq nümayəndələri ilə təcili görüş keçirilməlidir - Dövlət Departamenti
Son bir neçə həftə ərzində ABŞ Qarabağa humanitar yardımın çatdırılmasını təmin etmək üçün Azərbaycan və Ermənistanla fasiləsiz işləyir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Qarabağda əhali üçün zəruri ərzaqların daşınması yollarını, o cümlədən əlavə təchizat marşrutlarını razılaşdırmaq və bütün həll edilməmiş məsələlərin müzakirəsini bərpa etmək üçün Azərbaycan və Qarabağdakı erməni azlıq nümayəndələri arasında təcili görüş keçirilməlidir.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli insanların ehtiyaclarını ödəmək üçün ərzaq məhsullarının çatdırılmasını təşkil edib. İlkin mərhələdə Ağdam-Xankəndi marşrutu ilə 40 ton unun çatdırılması nəzərdə tutulur.
Ermənistan və onun yaratdığı cinayətkar separatçı rejim yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolunun açılmasına mane olur.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ