Erməni diasporunun Amerikadakı "macəraları"

Erməni diasporunun Amerikadakı Bu ilin sonunda ABŞ-də növbəti prezident seçkiləri keçiriləcək. Hər seçkiöncəsi ermənilərin namizədləri öz tərəflərinə çəkməsi ənənəsi var. Əksər vaxtlarda buna nail ola bilməsələr də, bəzi hallarda məqsədlərinə çatırlar. Bu dəfə onlar namizədliyini irəli sürən amerikalı siyasətçi – Kennedi ailəsinin üzvü, Robert Frensis Kennedinin oğlu və ABŞ prezidenti Con Fitscerald Kennedinin bacısı oğlu Robert Frensis Kennediyə ümid bəsləyirlər.
KONKRET.az xəbər verir ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.
Prezidentliyə namizəd ABŞ hökumətini "Qarabağ ermənilərinin öz tarixi vətənlərinə təhlükəsiz qayıtmaları, habelə öz müqəddəratını təyinetmə hüquqlarını qorumaq üçün beynəlxalq ictimaiyyəti səfərbər etməyə" çağırıb. O, bunu X sosial şəbəkəsində yayımladığı videomüraciətində deyib. Əslində Kennedinin bu bəyanatı ABŞ-də yaşayan erməni diasporunun səsini qazanmağa hesablanıb. Bununla belə, amerikalı siyasətçinin absurd bəyanatları erməni revanşistlərini daha da ruhlandırır.
Yeri gəlmişkən, kiçik Kennedi bu klanda yeganə ermənipərəst siyasətçi deyil. Bu ailənin bütün əsas siyasi xadimləri sözün əsl mənasında ABŞ-dəki erməni diasporunu dəstəkləyiblər. Məsələn, KİV Kennedi ailəsinin erməni diasporu ilə tanışlığının Massaçusets ştatının Boston şəhərində baş verdiyini yazır. Ailənin başçısı Jozef Kennedinin ABŞ-nin ən uğurlu erməni biznesmen Muqar ailəsi ilə sıx bağlılığı olub. Təbii ki, Muqar ailəsinin və erməni təşkilatlarının rəhbərlərinin təmsil olunduğu diaspor Massaçusetsdən Nümayəndələr Palatasına keçirilən seçkilərdə gənc Con Kennedinin namizədliyini dəstəkləyib. 1951-ci ildə yeni seçilmiş konqresmen "erməni soyqırımı" haqqında sənədin qəbul edilməsi təşəbbüskarlarından biri olub. Maraqlıdır ki, Kubada raket böhranı zamanı ABŞ prezidenti ilə danışıqları Anastas Mikoyan aparıb. Bununla əlaqədar SSRİ-nin ABŞ-dəki səfiri Anatoli Dobrınin "Sırf məxfi" adlı monoqrafiyasında Mikoyanla Kennedinin tez bir zamanda ümumi dil tapdıqlarını yazırdı. Mikoyan isə öz xatirələrində Con və Robert Kennedilərlə şəxsi dostluq münasibətlərinin olması ilə öyünürdü. Anastas Mikoyan 1963-cü il noyabrın 22-də öldürülən prezident Kennedinin vida mərasimində iştirak edən SSRİ-nin yeganə nümayəndəsi idi. Bununla belə xatırlatmaq yerinə düşər ki, Kennedi ailəsinin kiçik oğlu, həm də ermənilərə xüsusi simpatiya bəsləyən Edvard Kennedi 1974-cü ildə Nümayəndələr Palatasının qəbul etdiyi "erməni soyqırımı"nı tanıyan ilk qətnaməni dəstəkləmişdi. O, Azərbaycan əleyhinə aparılan kampaniyada da fəal iştirak edib. 1992-ci ildə 907-ci düzəlişin qəbul edilməsinin əsas təşəbbüskarlarından biri olub. Təbii ki, kiçik Kennedi seçkilərdə erməni lobbisinin dəstəyinə arxalanır.
Erməni diasporundan səs almaq üçün dəridən-qabıqdan çıxan Kennedi deyib: "Birləşmiş Ştatların prezidenti seçilərəmsə, mən Ermənistanı yenidən qurmaq üçün diplomatiyadan, mənəvi nüfuzumuzdan, iqtisadi rıçaqlarımızdan və sanksiyalarımızdan istifadə edəcəyimə söz verirəm. Mən Ermənistanın və Qarabağın suverenliyinin bərpasına töhfə vermək istəyirəm. Bunu sülh yolu ilə edəcəm".
Bununla belə, məşhur Kennedi qəbiləsindən olan erməni populistin Ağ evin sahibi ola bilmə şansı olduqca aşağıdır. Bayden və Tramp kimi nüfuzlu siyasətçilərin mübarizə apardığı seçkilərə Kennedinin qatılması ağlabatan deyil. Bundan əlavə, seçki vədlərilə real siyasət arasında fərqliliklər çoxdur. Vaşinqtondakı siyasətçilər başa düşürlər ki, ermənilərə görə Azərbaycan və Türkiyə ilə çəkişməyə dəyməz. Ermənistanda isə fərqli düşünürlər. Onlar hesab edir ki, Kennedi ABŞ prezidenti seçilsə, Vaşinqtonun xarici siyasətini köklü şəkildə dəyişəcək və Ermənistanın regionda işğalçılıq siyasəti artacaq.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 03 yanvar 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbər xeberler bu gun hava durumu xeberler az