Erməni ekspertdən ETİRAF: "Müharibə zamanı Minsk qrupunun həmsədrləri Azərbaycana qarşı vahid cəbhə kimi birləşmişdi"
"Müharibə zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana qarşı vahid cəbhə kimi çıxış ediblər".
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu İranşünas Vardan Voskanyan öz Telegram kanalında yazıb. O, 44 günlük Vətən müharibəsi zamanı ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətinin Azərbaycana qarşı birləşərək çıxış etdiyini bildirib.
"Bu gün "barbar Bakı rejiminin işğal etdiyi" Şuşada prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, 44 günlük müharibə zamanı Xankəndini ala bilərdilər, amma mənəvi səbəblərdən dayanıblar, şəhər əhalisi arasında itkilərin olmasını istəməyiblər.
Heydər Əliyevin keçmiş köməkçisi, Prezident Administrasiyasının rəhbəri Eldar Namazov hələ 2021-ci il yanvarın ortalarında müharibə günlərində beynəlxalq diplomatik kulisdə baş verən diqqətəlayiq proseslərlə bağlı maraqlı məlumatlar vermişdi.
Əslində dilemma fərqli idi, çünki Azərbaycan ordusunun irəliləməsi ilə yanaşı, hər şeyi itirmək baxımından son dərəcə ciddi risklər də artırdı. Çünki ATƏT-in Minsk Qrupunun üç həmsədr dövləti – Rusiya, ABŞ və Fransa Azərbaycana qarşı vahid cəbhə kimi hərəkətə keçdi.
Qarabağın müstəqilliyinin tanınması, Azərbaycana qarşı sərt mövqelərin tətbiq oluna biləcəyi və ya Azərbaycanın 27 sentyabr mövqelərinə qayıtması tələbi irəli sürüləcəyi ilə bağlı diplomatik kanallarla Bakıya hədələr ötürülürdü.
Orta və ya kompromis variant da var idi – Azərbaycanın keçmiş DQMV ərazilərindən çıxarılması tələbi.
Məhz belə risklər şəraitində Bakı Şuşada dayanıb Moskvaya sülhməramlılar gətirməyi təklif etməli oldu", – deyə Voskanyan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?