Erməni əsilli oliqarx Orta Asiyada – Məqsəd və planlar barədə DETALLAR

Erməni əsilli oliqarx Orta Asiyada – Məqsəd və planlar barədə DETALLARMəlum olduğu kimi, avqustun 16-da ABŞ Maliyyə Nazirliyi Rusiya, Qazaxıstan və Slovakiyada fəaliyyət göstərən 3 şirkəti sanksiya siyahısına daxil edib. Səbəb isə bu şirkətlərin Şimali Koreya və Çinlə sıx ticari əlaqələridir.
KONKRET.azxəbər verir ki, hər üç şirkətin sahibi erməni əsilli Slovakiya vətəndaşı və iş adamı Aşot Mkrtıçevdir.
O, Rusiyada "Verus", "Defence Ingeneeringi" və Slovakiyada VERSOR şirkətlərini idarə edir. Bu şirkətlər silah və ikili təyinatlı texnologiyaların tədarükü ilə bağlı sanksiya məhdudiyyətləri ilə üzləşib. Aşot Mkrtıçevin rəhbərlik etdiyi şirkətlərdən biri 2018-ci ildə Qazaxıstanda qeydiyyatdan keçib və 2 min kvadratmetrdən çox satış sahəsinə malik olmaqla, ticarət obyektlərində geniş çeşiddə malların topdan satışı ilə məşğuldur.
Açıq mənbələrə görə, Aşot Mkrtıçev yalnız 2020-ci ildə bu şirkətin rəhbəri olub. Şirkət son iki ildə aktiv görünməsə də, silahların və ikili təyinatlı texnologiyaların tədarükünün təşkilində iştirak etdiyi məlumdur. Mkrtıçevin özü 2023-cü ilin martında ABŞ-ın sanksiya siyahısına daxil olub.
Qeyd edək ki, Özbəkistanın üç vətəndaşı Gilad Piflaks, Maks Piflaks və İqor Zimenkov ABŞ-ın sanksiya siyahısına daxil edilib. Bu şəxslərin də əsas tərəfdaşlarından biri Mkrtıçev olduğu müəyyən edilib.
Ümumiyyətlə, son 5 ildə erməni əsilli iş adamları müxəlif yollarla Orta Asiyaya daxil olmağa çalışır. Məqsəd isə yalnız investisiya qoymaqla pul qazanmaq deyil, paralel olaraq türk dövlətlərinə nüfuz etmək, hərbi-siyasi elitanı ələ almaq, lazım gələrsə, Azərbaycan və Türkiyəyə müvafiq təzyiqlər zamanı bu ölkələrin rıçaqlarından istifadə etməkdir. Əlbəttə ki, Orta Asiya Türkiyə və Azərbaycan üçün olduqca əhəmiyyətli və vacib region olduğu üçün erməni və ermənipərəst rus oliqarxlarının fəaliyyəti diqqətdən kənarda qalmır.
Digər mənbələrə görə, Aşot Mkrtıçev Rusiya və Slovakiya silahlarını Qarabağa daşıyır. Fransadakı erməni lobbisi ilə sıx əlaqəsi olan Aşot Mkrtıçevin Paşinyana münasibəti elə də isti deyil. Çünki onun üzərində Avropadan çox Rusiyanın təsiri daha böyükdür.
KONKRET.az-ın ARAŞDIRMA QRUPU

Siyasi       Tarix: 17 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bu gun son.xeberler az xeber cəbhədən son durum