Erməni KİV: "Ermənistan siyasi cariyə rolunu öz üzərinə götürüb" - "Azərbaycan gündən-günə dostlarının sırasını artırır"

Erməni KİV: "Erməni xalqında belə bir deyim var ki, ailənin sirrini bilmək istəyirsənsə, bu barədə ya ailənin müdrikindən, ya da uşağından soruş. Bu məsələdə dələduz rolunu general Qaqik Melkonyan oynadı. Dünən o, mətbuat orqanlarından birinə müsahibə verib və şübhəsiz ki, ABŞ-ın bütün planlarını bilmədən açıqlayıb".
KONKRET.azxəbər verir ki, bu fikirlər erməni mediasında dərc edilən məqalədən götürülüb.
Həmin məqalədən olan hissələrin ümumi xülasəsini təqdim edirik:
"General bütün qaranlıq məqamlara işıq saldı. Qaqik Melkonyanın fikirlərindən əsasən dörd istiqamət diqqəti cəlb edir:
Əgər ABŞ buradadırsa, deməli, Mərkəzi Asiya ölkələrinə Ermənistan vasitəsilə Avropaya daxil olmaq üçün dəhliz təklif edilib.
Amerika Rusiyanın ayağının regiondan kəsilməsinə əmin olmaq istəyir.
Ermənistan Rusiya qazından tamamilə imtina etməlidir ki, nəhayət, müstəqil yaşaya bilsin.
Düşmən dövlətimizin dünyada hansı addımlar atdığını görürük. Bu yaxınlarda o, Astanada Çinlə hərbi-texniki müqavilə imzalayıb. Rusiya onun müttəfiqidir. Türkiyə onun tam dostudur. Azərbaycan gündən-günə dostlarının sırasını artırır.
Həmin müsahibə zamanı səslənən yeganə müzakirəyə layiq fikirlər bunlar idi. Deyilənlərin mənasını ayrıca təhlil etməyə çalışaq.
ABŞ-a Zəngəzur dəhlizi lazımdır
Qaqik Melkonyan deyir ki, amerikalılar dəhliz təklif ediblər və bu dəhliz Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirəcək. İllərdir danışdığımız məhz budur. ABŞ-a dəhliz lazım idi və bu plan müharibədən əvvəl də mövcud idi. Məhz Amerikanın dəhlizlə bağlı planları Rusiyanı 9 noyabr bəyanatı vasitəsilə dəhliz üzərində nəzarət etməyə məcbur edib. Ruslar yaxşı başa düşdülər ki, Ermənistan hakimiyyəti Sünikdən (Qərbi Zəngəzur) keçməklə Qərb- Türkiyə tandeminə dəhliz vermək niyyətindədir. Qərb Paşinyan və Əliyevin əli ilə erməniləri Qarabağdan qovmaqla, dəhliz ideyasını yox, Rusiyanın onun üzərində nəzarət şərtini aradan qaldıran həmin bəyanatı mahiyyətcə neytrallaşdırdı.
Qaqik Melkonyan deyir ki, amerikalıların əsl niyyətlərindən biri rusların ayağının Ermənistandan, daha geniş mənada isə regiondan kəsmək istəyidir. Çünki yalnız rusların olmaması Zəngəur dəhlizinin açılmasına imkan yarada bilər. Amerikalıların tapşırığı ilə rusların ayağını kəsmək siyasəti çərçivəsində rus qazından imtina etmək fikri də mövcuddur. Bəli, indi təbliğat sahəsində İran qazının Rusiya qazını əvəz edə biləcəyini təqdim etməyə çalışırlar, amma reallıq budur ki, Rusiya qazını ancaq Azərbaycan qazı əvəz edə bilər. İran ABŞ üçün Rusiya qədər qəbuledilməz oyunçudur. Burada İran adı ondan irəli gəlir ki, Ermənistanda İrana müsbət münasibət var və insanlar haradasa rus dilini iranlı ilə əvəz etmək fikrinə rəğbət bəsləyə bilirlər. Onlar artıq Rusiya qazından imtina edəndə elan edəcəklər ki, İran qazı iflasa uğrayıb, indi "müstəqil" olmaq üçün Azərbaycandan qaz almalıyıq.
2020-ci ildə Ermənistan Çinə qarşı Amerika təşəbbüsünə qoşulub. Bu təşəbbüs Çin üçün gözlənilməz idi, çünki bu ölkənin Ermənistanla ənənəvi dostluq münasibətləri olub və həmişə münasibətlərin dərinləşdirilməsi təklifləri olub. Ermənistan isə uzadılmış əli sıxmaqdan həmişə imtina edib.
İndi faktiki olaraq Qaqik Melkonyan kartlarını açır. ABŞ-ın düşmən olduğu dövlətlərin hamısı Ermənistana da düşmən olmalıdır. Bir sözlə, Ermənistan hazırda ABŞ-nin xeyrinə siyasi cariyə rolunu öz üzərinə götürüb və öz niyyətlərini gizlətmək üçün Çinin Azərbaycanla münasibətlərinin olmasından arqument kimi istifadə edirlər.
Çin, Rusiya, ABŞ böyük dövlətlərdir və təbiidir ki, onlarla müxtəlif dövlətlərlə, o cümlədən bir-birinə düşmən olan ölkələrlə münasibətləri var. Bəli, Çin Azərbaycanla sənəd imzalayıb, bəs Ermənistanın da belə bir sənədə malik olmasına kim və ya nə mane oldu? Cavab sadədir: Ermənistanın anti-Çin koalisiyasının tərəfdaşıdır.
General gileylənir ki, Rusiyanın Azərbaycanla yaxşı münasibətləri var, amma deməyi unudur ki, əvvəllər onun Ermənistanla daha güclü əlaqələri olub və bu münasibətlər əslində yalnız Nikol Paşinyan və komandasının səyindən sonra dağılıb.
Bir sözlə, general bilərəkdən və ya təsadüfən bütün planı açıb. Top erməni xalqındadır. Millətimiz Amerikanın "Rusiyanın ayağını bölgədən kəsmək" planının alətinə çevrilməyə hazırdırmı? Yoxsa öz marağını dərk edərək, bu agent və narsist-general dəstəsindən qurtulmalıdır. Ermənistanın müttəfiqi Rusiya ilə ləyaqətli münasibətləri dərinləşməlidir, İranla dostluq əlaqələrini genişləndirməlidir. Digər qonşularla da həmçinin. Niyə də olmasın?!
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 12 iyul 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu son xeberler 2026 valyuta mezennesi banklar cəbhədən ən son xəbərlər