Erməni politoloq: "Yeni ildən Bakının daha sərt təzyiq variantları ola bilər"
Laçın dəhlizi gec-tez açıla bilər. Ən qısa zamanda nəyisə razılaşdıracaqlar.
KONKRET.az xəbər verir ki, bu barədə Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan danışıb.
O, bildirib ki, vacib olan tərəflərin gec-tez razılaşacağı yox, onların bunu necə edəcəkləridir.
"Axı onların açıq şəkildə tələbləri var. Və Ermənistanın bu tələblərə razı olub-olmayacağı mənim üçün sualdır. Qarabağdan söhbət getmir", – deyə politoloq qeyd edib.
Buna baxmayaraq, İskəndəryanın fikrincə, Qarabağı Ermənistanla birləşdirən marşrutun açılması heç də o demək deyil ki, Bakı Laçın dəhlizinin sonradan bağlanması ilə yeni, daha ciddi "təxribat xarakterli addımlar" atmayacaq. Onun sözlərinə görə, yeni bloklama daha uzun və çətin ola bilər.
"Bu dəfə guya ekoloqlar var idi. Ən azından onları belə təqdim edirlər. Növbəti dəfə filatelistlər və pulemyotlu tibb bacısı olacaq.Yeni ildən sonra təzyiqin başqa variantları da ola bilər – hətta daha sərt", – erməni ekspert sərsəmləyib.
Günel Mikayılova,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı