"Erməni terroru və Qriqorian kilsəsi" kitabı işıq üzü görüb

"Erməni terroru və Qriqorian kilsəsi" kitabı işıq üzü görüb"Erməni terroru və Qriqorian kilsəsi" kitabı işıq üzü görüb
Tədqiqatçı-jurnalist, "Soyqırımı Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədr müavini Anar Turanın "Erməni terroru və Qriqorian kilsəsi" adlı Azərbaycan və ingilis dillərində yeni araşdırması çap olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda erməni kilsəsinin tarixi, bu xalqın milli-irqçi identifikasiyasının formalaşmasında kilsə amili, bundan əlavə, Qriqorian kilsəsinin XIX-XX əsrlərdə Azərbaycan və Türkiyə ərazisində terror fəaliyyətində bilavasitə iştirakı və dəstəyinə dair türk, rus, ingilis, fransız mənbələrinə istinadən təkzibolunmaz faktlar təqdim edilib.
Kitabda Qriqorian kilsəsinin erməni separatizminin ilk rüşeymi olması, erməni millətinin psixologiyası və iddiaları, qonşu xalqlara aqressiyasının kökündə hansı səbəblərin dayanması, ermənilərin türklərə qarşı iğtişaşlarında digər xristian missionerlərin fəaliyyəti açıb göstərilib.
Xarici ölkələrdə erməni diaspor və lobbi təşkilatlarının təhrif olunmuş həqiqətlərə söykənən qatı anti-Türkiyə və anti-Azərbaycan təbliğatını, erməni millətçiləri ilə informasiya müharibəsində əhəmiyyətli elmi-faktoloji material hesab edildiyini nəzərə alaraq "Erməni terroru və Qriqorian kilsəsi" monoqrafik elmi işi həm də ingilis dilinə tərcümə olunub.
Kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Kamil İbrahimov, rəyçiləri, professorlar Qasım Hacıyev və Mais Əmrahovdur.
Kitabın məsləhətçisi Efiopiyanın Azərbaycandakı fəxri konsulu Ceyhun Ələkbərov, tərcüməçisi Ceyhun Bayramlı, ingilis dilli versiyanın redaktoru Bakı Slavyan Universitetinin dissertantı Afət Əliyeva, Azərbaycandilli versiyanın redaktoru Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Behbuddur.
Araşdırma geniş oxucu kütləsi, xüsusilə tələbələr, müəllimlər, media mənsubları, tədqiqatçılar və xarici ölkələrin ekspertləri üçün nəzərdə tutulub. /oxu.az

Sosial       Tarix: 30 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər qurban bayrami 2026 xeberler bu qun beynelxalq bank mezenne