Erməni təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq - FOTO/VİDEO

Erməni təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq - FOTO/VİDEOErməni təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq - FOTO/VİDEO
Ukraynanın paytaxtı Kiyev şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribatların pislənildiyi, Milli Ordumuza, dövlətimizə dəstək aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ölkəmizin Ukraynadakı səfirliyi qarşısında keçirilən dəstək aksiyasında soydaşlarımız, gənclər, ukraynalılar, Türkiyənin icma nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər. 200-dən artıq iştirakçısı olan aksiyada "Qarabağ Azərbaycandır!", "Azərbaycan, biz səninləyik!", "Biz Poladıq!" şüarları səsləndirilib.
Aksiya Azərbaycanın və Ukraynanın dövlət himlərinin səsləndirilməsi ilə başlayıb. Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göstərdikləri dəstəyə görə soydaşlarımıza təşəkkürünü bildirən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib ki, son hadisələr bir daha Azərbaycan dövlətinin, ordusunun qüdrətli olduğunu sübut etdi. Bu gün dünyanın bütün ölkələrində Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevə, Milli Ordumuza dəstək aksiyaları keçirilir. İşğalçı Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Səfir qeyd edib ki, Tovuz hadisələri zamanı dünya ölkələri Azərbaycanın haqlı mövqeyini dəstəklədi. "Mən xüsusilə Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, BMT-nin müvafiq qətnamələrinə istinad edən bəyanata görə təşəkkürümü bildirirəm".
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxışında bildirib ki, Ukraynada yaşayan azərbaycanlılar həmişə Azərbaycan dövlətinin, Prezidentinin yanında olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. "Ukraynada yaşayan azərbaycanlılar Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri əsasında torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Ermənistanın işğalçılıq siyasəti, faşist ideologiyası dünya ölkələri tərəfindən qəbul olunmaqdadır. Bütün dünya azərbaycanlıları Ermənistana qarşı mübarizədə həmrəylik göstərir, xalqla dövlət arasında birlik mövcuddur", - deyə R.Tağıyev əlavə edib.
Mitinqdə daha sonra Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, diaspor fəalı Əbülfəz Qasımov, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev, Konqresin Mirqorod şəhər təşkilatının sədri Zamiq İsmayılov çıxış edərək Ermənistanın işğalçılıq siyasətini pisləyiblər.
Mitinqin sonunda elan edilib ki, Azərbaycan Milli Ordusunda xidmətə yazılmaq üçün Konqresin nəzdində qərargah yaradılıb, müraciət edənlərin sayı artmaqdadır.

Erməni təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq - FOTO/VİDEOErməni təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq - FOTO/VİDEOErməni təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq - FOTO/VİDEOErməni təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq - FOTO/VİDEOErməni təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq - FOTO/VİDEOErməni təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq - FOTO/VİDEOErməni təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq - FOTO/VİDEOErməni təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq - FOTO/VİDEOErməni təxribatına etiraz, Azərbaycan Ordusuna dəstək məqsədilə Kiyevdə izdihamlı mitinq - FOTO/VİDEO

Sosial       Tarix: 19 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri son xeber az son xeberler 2026 kriminal xeberler