Erməni təxribatının davamı - İndi də Qarabağda "rus icması"na sığınırlar

Erməni təxribatının davamı - İndi də Qarabağda Əlləri hər yerdən üzülən ermənilər Qarabağda müxtəlif təxribatlar törətməklə diqqəti yayındırmaq niyyətindədirlər. Qarabağda 120 min insanın yaşadığını dünyaya car çəkən ermənilər onların "acından ölməsi" barədə haray-həşir salırlar. Dünyanı acından ölmələri barədə yalan informasiya ilə təngə gətirən ermənilərin məqsədi tamam başqadır. Onlar anti-Azərbaycan təbliğatı aparmaqla ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Həmçinin Ermənistan müxtəlif dini icmaların nümayəndələrindən də istifadə edərək öz çirkin planını onların üzərindən qurmağa çalışır.
Dünən Qarabağda rus icması nümayəndələri ilə erməni apostol kilsəsi nümayəndələrinin görüşü keçirilib. Məqsəd aydındır, guya Qarabağda rus icması da var və "acından ölənlər"in siyahısında onlara da rast gəlinir. Siyasi dividend əldə etmək istəyən ermənilər bununla Rusiyanı da "humanitar şou"ya qoşmaq niyyəti güdür. Azərbaycandan gətirilən humanitar yüklərə sahib durmayacaqlarını deyən "din adamları" ancaq Laçın yolundan çatdırılan ərzağı qəbul edəcəklərini bildiriblər. Guya yerli rusların da etnik təmizlənməyə məruz qalmasından narahat olan "rus icması"nın rəhbəri Qarabağdan rusların bu ərazidən köçəcəyindən narahatdır.
Əslində bu, ermənilərin növbəti təxribatıdır. Üstəlik yerli erməniləri mübarizəyə səsləyən din adamları əslində kilsə xadimləri kimi yox, terrora dəstək verən təşkilatın nümayəndələri kimi çıxış ediblər. Guya yüz illərdir Qarabağda yaşayan rus icmasının nümayəndələri "blokada" şəraitində olmazın əziyyətini çəkiblər və erməni qonşuları olmasaymış, məhv olacaqmışlar. Ermənilərin ssenarisinə uyğun danışan "icma rəhbəri" Rusiya sülhməramlılarından kömək də istəyib. Bu, sadəcə ermənilərin növbəti dəfə uydurduqları oyunun bir hissəsidir. Öz havadarlarına arxayın olan ermənilər reallığı qəbul etmək istəmir və yeni təxribatlar törətməklə məşğuldurlar. Bu gün İrəvandan Qarabağa yeni "humanitar yük"ün göndərilməsi bunu bir daha sübut edir.
Fransanın Paris və Strasburq şəhərlərindən gətirilən yüklərin Qarabağa çatdırılması üçün maşın karvanı İrəvandan Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində yola düşüb. İyulun 26-dan sərhəddə gözləyən 23 TIR isə hələ də Laçın yoluna buraxılmayıb. Fransanın göndərdiyi avtomobillər də həmin maşınların yanında gözləmə mövqeyi tutacaqlar. Qarabağ ermənilərini düşünənlər isə onlara təklif edilən Ağdam marşrutundan istifadədən imtina edirlər. Onlar: "Ya Laçın yolundan istifadə edəcəyik, ya da Qarabağ erməniləri acından öləcək" deyir.
Birinci variantın mümkünlüyünü dəqiq bilən Ermənistan soydaşlarının acından ölməmələri üçün Azərbaycanın təklifini qəbul etməlidir.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 30 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou azerbaycanda son xeberler son xəbərlər bugün 2026 en son xeberler