"Erməni tırları geri dönməyə yer tapmayacaq" - Şounun sonu gəldi
Ermənistan təxribatlarına ara vermədikcə sülhün əldə olunması sual altına düşür. Silahlı münaqişədə uğur qazanacağından əlini üzən Ermənistan indi də siyasi müstəvidə aranı qatmaqla məşğuldur. Azərbaycanla sərhəddə yük karvanı toplayan düşmən ölkə əvvəlcə Laçın sərhəd-keçid məntəqəsinin qarşısına Ermənistandakı diplomatik korpusların nümayəndələrini gətirdi. Daha sonra isə Qarabağda "humanitar böhran"la bağlı dünya ictimaiyyətinə car çəkməyə başladı. Bu azmış kimi, Qarabağdan bir neçə avtobus adamı Laçın sərhəd-keçid məntəqəsinin qarşısına toplamaqla aksiya təşkil etməyə cəhd edildi. Amma Azərbaycanın qətiyyəti sayəsində bütün cəhdləri nəticəsiz qaldı.
KONKRET.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ermənilərin hansısa yürüş təşkil etməsi əməliyyatlar şəraitinə təsir etməyəcək:
"Bu ərazilərdə baş verən istənilən proses sadəcə Azərbaycanın səbir kasasını daşdıra bilər. Bu da separatçı rejim üçün kifayət qədər ağrılı-acılı nəticələrə gətirib çıxaracaq. Yük karvanına gəlincə isə hələ uzun müddət orada gözləyəcəklər. Heç bir halda onların Laçın yoluna girməsinə imkan verilməyəcək. Müharibədə məğlub olan tərəf kimi Ermənistanın Azərbaycana qarşı psixoloji təsir göstərməsi və 21 maşından ibarət yüklə sərhədlərimizdə gözləməsi Azərbaycanın öz mövqeyində dəyişiklik etməsinə səbəb ola bilməz. Humanitar yüklə bağlı şounun sonu Ermənistan tırlarının gəldiyi kimi qayıtması ilə nəticələnəcək.
Əgər geri dönməyə ərazi tapsalar, qayıdacaqlar. Hal-hazırda onların yerləşdiyi ərazidə geriyə dönüş etmək üçün şərait mövcud deyil. Arxa sürətlə isə tırların hərəkət etməsi mümkünsüzdür. Başqa sözlə desək, bu tırların Azərbaycan sərhədində dayanması Ermənistanın plansız və razılaşdırılmamış fəaliyyətinin nəticəsində həm də məcburi xarakter daşıyır".
Vəli Həsənov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi